Книга Günahsız günahkar. Roman. Hissə – 3 - читать онлайн бесплатно, автор Fatma Axmed kızı Nabieva. Cтраница 2
bannerbanner
Вы не авторизовались
Войти
Зарегистрироваться
Günahsız günahkar. Roman. Hissə – 3
Günahsız günahkar. Roman. Hissə – 3
Добавить В библиотекуАвторизуйтесь, чтобы добавить
Оценить:

Рейтинг: 0

Добавить отзывДобавить цитату

Günahsız günahkar. Roman. Hissə – 3

Sərdar Aylının ardınca gülümsədi, öz – özünə: sənin başına bir oyun açım ki mən, dur hələ. Qarson cildinə girməkçün verdiyinin 10 qatınıda şəraba ödəyəcəksən. Çox çəkmədi Aylın qayıtdı az vaxtdandan, bu şüşənidə bitirdi Sərdar tezliklə. Aylın gedib yenə gətirdi, saatda artıq 1: 00 – olurdu, yorulmuşdu ayaq üstə dayanmaqdan, get – gəldən. Sərdarın şərabı bitirdiyini görüb yenə gətirməyə getdi, bu dəfə qucağında 5 şüşəylə gəldi. Artıq bezmişdi Sərdara qulluq etməkdən və çıxıb düşməkdən mərtəbələri.

Gətirdiyi şərabdan özünədə süzüb yerdən əyləşib içdi Sərdara baxmadan. Sərdar Aylının hərəkətnə gülümsədi, bəzən bu cürə hərəkətləri ona ləzzət verirdi. Sərdar biraz sərxoş olmuşdu şərabdan, – Aylına: bu gün burda qızla tanış oldum, məni otelimə kimi gətirdi maşınıyla. Aylın şərabdan icərək – Sərdara: sevindim. Sərdar – Aylına: bilirsənmi kimin qızı idi? Aylın çiyinlərini çəkib bilmirəm deyə işarəsi etdi. Sərdar gülümsəyərək, – Aylına: rəyisin qızı idi. Aylın şərabdan içib – Sərdara: oha desənə tayını tapdın sonunda. Sərdarın özünə acıqlı baxdığını görüb tez səhvini düzəltdi, yəni oda sizin kimi polis ailəsindəndir, yaxşı anlayarsınız bir – birinizi mənasında dedim. Sərdar özü süzdü özünə şərab, Aylının bakalınada əlavə etdi.

Sərdar – Aylına: çox şirin qız idi, onun gülümsəməsi mülayimliyi məni məsti xumar etdi. Aylın əlinin üstüylə burnunu silib öz – özünə: səni məsti xumar edən mənim cibimdir. Sərdar duyurdu Aylın deyənləri gülümsəyib, baxdı Aylına. Aylın – Sərdara: o qız səbəb olub buralarda qalmayacaqsan, elə deyilmi? Sərdar divana söykənib rahat əyləşib – Aylına: niyədə yox? gözəl fikirdi, bunu heç düşünməmişdim. Aylın – Sərdara: sən ən yaxşısı qızı dəvət et öz şəhərinə, Sərdar ayaqlarını bir – birinin üstünə aşırıb, dərindən nəfəs aldı. Sərdar – Aylına: aşiq oldum mən, Aylın şərabını içib bitirdi, şüşədən yenə süzüb əyləşdi yerdən divana söykənib. Sərdar – Aylına: gəl burda əyləş yanımda, Aylın əli ilə işarə edərək – Sərdara: yox burda yaxşıdı mənə. Sənin yanında otursam aşiq olma xəstəliyin mənədə keçər, bələ başım daha dincdir. Sərdar güldü, – Aylına: gəl dedim oturma orda, Aylın qalxıb əyləşdi Sərdardan biraz kənar divanın o başında.

Sərdar Aylına baxdı, – Sərdara: çox gec oldu, mənidə bağışladın sayılır mən gedim evə. Sərdar – Aylına: bağışlamadım gedə bilmssən, Aylın yorğun idi şərabda təsir etmişdi, əlindəki bakala baxdığında birdən Vəfanı xatırladı. İçəridə olarkən yazıq su istəmişdi verməmişdilər, Sərdar Aylının nə isə düşündüyünü anladı üzünü ifadəsindən. Aylın fikirə daldı, – Aylına: nə fikirləşirsən? Aylın gözünü bir nöqtəyə zilləyib – Sərdara: mənim ona yardım etməyim lazımdır. Sərdar – Aylına: kimə yardım etməyin lazımdır? Aylın unutmuşdu bir anlıq, – Sərdara: mənimlə içəridə olan Vəfa xanıma.

Sərdar anladı Aylının kimə isə yardım etmək istədiyini. Off Allahım off, canını dərt bürüdü, – Aylına: sən dinc dura bilmirsənmi? Vəfada kimdir? nəyinə lazımdır sənin tanımadığın insanlar. Aylın dərindən nəfəs alıb -Sərdara: o da insandır, yazıqdır. Sərdar başını narazılıqla sirələyib, bakaldakı şərabın hammısını içdi. Sərdar – Aylına: sən hələ özünü qurtar rəyisin o tipindən, sonra baxarsan başqalarının carələrinə. Aylın – Sərdara: hansı rəyisin tipindən? Aylın Sərdarın özünə acıqlı baxdığını görüb, – Sərdara: zarafat etdim tamam. Dilqəm dedi o çox alçaq biridir, Sərdar Dilqəm dediyində xoşuna gəlmədi, – Aylına: Dilqəmdə kimidir? -Sərdara: qonşumdur, Bahar xalanın oğludur. Sərdar boş bakalı əlində oyndaraq öz – özünə: deməli qonşundur, o da xoş tipə bənzəmir heç. Aylın şərabın təsirindən yatmaq istəyirdi, -Sərdara: bilmirəm necə tip olduğunu, şükür edirəm qonşum rəyisin oğlu deyil.

Aylın ayağa qalxdı – Sərdara: mən gedim Sərdar bəy artıq gecdir. Sərdar – Aylına: burda qal getmə darıxıram, – Sərdara: darıxırsan zəng et rəyisin aşiq olduğun qızına gəlsin səninlə otursun. Sərdar gülümsədi, – Aylına: sən mənimi qısqandın? Aylın əlindəki bakalı masaya qoydu, – Sərdara: Allah etməsin səni qısqanım. Sərdar ayağa qalxdı – Aylına: o zaman gedək ötürüm səni. Ayın – Sərdara: burası mənim şəhərimdir, narahat olma mənə heçnə olmaz. Sərdar – Aylına: burda olmağımın səbəbi nədir görəsən? Aylın Sərdara yenə kobut söz deyəcəkdi özünü zor tutdu, demədi. Sərdar pencəyini geyindi, Aylın Sərdarında xasiyyətini bilirdi, ən azından özü qədər tərs idi. Aylın – Sərdara: tamam gedək ötür, çıxdılar nömrədən qağını bağlayıb.


Otelin qarşısında taxsıyə əyləşdilər getdilər, Aylınla Sərdar arxada oturmuşdular, yol gedirdilər evə doğru. Az vaxt keçmədi Sərdar başını Aylının çiyninə qoyub yuxuladı. Aylın Sərdarın yatdığını anladı, öz – özünə: məni ötürürənə bax sən, taxsi gəlib evin qabağında saxladı.

Aylın yatan Sərdara baxdı, bu halda onu geri otele göndərə bilməzdi, şoferə pulu verib eytiyatla Sərdarı oyatdı. Çatdıq oyan en maşından, Sərdar oyanıb baxdı hara gəldiklərini anlamadı. Aylın maşından enib gedib qapını açdı, Sərdar zorala endi maşın getdi. Sərdar ayaq üstə zorla dayanırdı, həm yol yorgunu idi, həmdə şərabın təsirindən sərxoş olmuşdu. Aylın gəlib qolundan tutub, – Sərdara: gəl yat özünə gəl, – Aylına: biz hardayıq? -Sərdara: mənim evimin önündə Sərdar bəy. Səni bu halında geri göndərə bilməzdim, gəl gedək evə. Sərdar Aylını özünə tətrəf çəkib çiynindən qucaqlayıb sıxdı, – Aylına: gedək deyirsən gedək. Aylın xanım, sənin yaşadığın böyüdüyün evi görmək istəyirəm, getilər evə.

Aylın Sərdarı otağa gətirib yatağa uzandırdı, yat biraz özünə gəl yol yorğunusan, bilirəm şərabdan sərxoş olmadın, zarafata salıb Sərdara çox içdiyinə işarə edirdi. Sərdar – Aylına: getmə nə olar qal yanımda, Aylın dəymədi xətrinə əyləşdi yanında. Sərdar Ayının əllini tutub öpərək ürəyinin üstünə qoydu, az vaxtda yuxuya düşdü. Aylın Sərdarın üstünü örtüb, otaqdan çıxıb getdi öz otağına.


Səhər açılmışdı, Aylın səhər yeməyi hazırayırdı mətbəxtdə. Sərdar oyandı yuxudan harda olduğunu xatırladı, yataqdan qalxıb çıxdı otaqdan. Gəlib mətbəxtin qapısının yanında söykənib baxdı, Aylının başı qarışıq idi, görmürdü Sərdarı ardında dayanmışdı. Sərdar qollarını bir – birinə dolayıb baxırdı sakitcə. Aylın döndüyündə gördü, – Sərdara: Sərdar bəy oyandınnmı? sabahın xeyir, – Aylına: sabahın xeyir Aylın xanım. Aylın – Sərdara: necə yatdın soruşmayacam, çünki yatağa daş kimi düşdüyünün şahidi oldum. Sərdar gülümsəyib, – Aylına: zorla şərab içirtdin mənə sərxoş oldum. Ayın ç ay süzürdü – Sərdara: mənmi etdim səni sərxoş? bax sən bax, mən bir şüşə gətirdim ki barışaq. Sən ardı gəlsin deyincə heç axlıma gəlmədi ki, otelin bütün şərabıyla sülh əldə edəcəyimiz. Get əl – üzünü yu yemək çay hazırdır, vanna bu tərəfdəndir, işarə etdi. Sərdar gülümsəyib, – Aylına: taparam Aylın xanım evin o qədərdə böyük deyil, ancaq mən rahat yatdığımçün demək sevməli və rahat evin var, çox bəyəndim.

Aylın çaylarıda siniyə qoyub gəldib yanından keçərkən, – Sərdara: tacmahalda yaşasam belə, bura mənim hüzür tapdığım yeganə evdir. Sərdar gülümsəyib getdi əl – üzünü yumağa, Aylın gətirdiklərini masaya düzdü, az vaxtdan Sərdar gəldi əyləşdi. Aylın Sərdarın çayını qoydu qarşısına, Sərdar təşəkkür etdi. Aylın sinini götürüb – Sərdara: indi gəlirəm mətbəxtdə getdi.

Sərdar evə nəzər salırdı çox səliqəli idi ev, az vxtda Aylın iki fincan qəhvədə gətirib əyləşdi, -Sərdara: buranında qəvəsindən dad bax xoşun gəlirmi. Sərdara verdi qəhvəsini, ğötürüb içdi, biraz dadı anlamaqçün dayanıb dodaqlarını yaladı, – Aylına: mmm cox dadlıymış qəhvənizdə, əllərinə sağlıq. Aylında öz qəhvəsindən içərək – Sərdara: nuş olsun Sərdar bəy. Sərdar qəhvədən içərək Aylına baxırdı, Aylın pasta sürtüb çörək verdi, Sərdar götürüb yedi. Aylın – Sərdara: Tahir mesaj atmışdı, dedi mənə syurprizi var. Sərdar çörəkdən yeyərək – Aylına: nəymiş syurprizi? Aylın çiyinlərini çəkib – Sərdara: desə syurpriz olmaz ki? – Aylına: buda düz fikirdi. Aylın – Sərdara: sən hələ ayılmamısan deyəsən, gülümsədi. Sərdar qəhvədən içdi – Aylına: yenə yatmaq istəyirəm doymadım yuxudan, mən belə olmadım heç doğurdanda bu evdə adam çox rahat olurmuş. Aylın – Sərdara: bu gün görüşəcəksinizmi? Srərdar anlamadı heçnə – Aylına: kiminlə gözüşəcəm?

Aylın başını narazılıqla sirkələyib gülümsədi, – Sərdara: çox vəfasızsan Sərdar bəy. Nə tez unutdun rəyisin qızını? Sərdar xatırladı dediyini, Aylını qısqandırmaqçün, bu gün özü zəng edəcək mənə. Gözləyim biraz, özü zəng etməsə özüm zəng edərəm. Çoxda gözləyə bilmərəm darıxaram onunçün, Aylın qəhvəsin içərək – Sərdara: sevindim sonunda özünçün vaxt ayıra bildiyinə görə. Başqa vaxtları ancaq, iş – iş – iş, Sərdar yeməyini bitirib təşəkkür etdi. Aylın – Sərdara: nuş olsun, istəyirsən burda qal evin açarlarını qoyuram sənə öz evin bil, mən çıxacam birazdan işim var günortaya qayıdaram.

Sərdar xatırladı Aylın qadına yardım etmək fikrində idi. Sərdar – Aylına: sən sirr deyilsə xeyir ola gedəcəksən? Aylın unutdu axşam Sərdara bu haqda dediyini. Aylın – Sərdara: bir tanışım var, ona çatıb gələcəm. Sərdar – Aylına: heç yerə getməyəcəksən, başına bəla etmə yenədə kimisə, tamammı? bax məni bəla etdin başına hələdə qurtula bilmirsən məndən, bilirəm fikrindəkini. Aylın – Sərdara: yenə fikrimi oxumağamı başladın sən? Sərdar dərindən nəfəs alıb – Aylına: axşam sən dedin Vəfa adlı bir qadına yardım edəcəksən. Aylın bilmədən Sərdara dediyiçün üzünü turşüdüb baxdı kənara, qapının zəngi basıldı.

Aylın qalxıb qapıya getdi, az vaxtda qayıtdı Bahar xalası idi gələn. Bahar Sərdarı görüb baxdı, – Bahara: Bahar xala tanış ol, Sərdar haqqında danışmışdım sizə. Bahar – Sərdara: xoş gəlmisən oğlum, Sərdar ayağa qaxlıb Baharla görüşdü əl verib. Aylın – Sərdara: ən yaxın qonşumuz Bahar xalam, Sərdar Baharın əlini sıxıb, tanışdığımıza sevindim Bahar xala. Baharda mehribanlıqla Sərdarın əlinin üstündən o bir əlini qoyub, – Sərdara: məndə şad oldum tanışdığımıza. Buralar xoşuna gəldimi oğlum? Sərdar nə isə demək istəyirdi Aylın imkan vermədi. Aylın – Bahara: gəlməzmi xoşuna, hint oğlanları kimi bir baxışdan rəyisin qızına aşiq olub, axşamdan səhərə kimi yuxuda onun adını sayaqlayıb durdu. Bahar Aylının sözünə gülümsədi, keçib əyləşdilər. Sərdar – Aylına: zarafat edirdim ciddiliyə alma, – Sərdara: bizim şəhərin qızları çox şirindilər. Bax yaxşı ki bura gəldin, əks halda öz şəhərində 100 yaşın bitdikdə tənha – subay ölmə qarantin vardı. Bahar səsli güldü Aylının sözünə. Sərdar – Aylına: hamısı dediyin kimi olsaydılar şəhərin cənnət olardı, elə deyilmi? Aylın bildi Sərdarın özünə ilişdiyini. Aylın – Bahara: mən sənə çay süzüm Bahar xala, ayağa qalxıb gedərkən Sərdara tərs – tərs baxdı. Sərdar acıq verən baxışlarla göz vurub gülümsədi.

Bahar – Sərdara: oğlum biz elə qonşu olmuşuq ki, Sərdarla söhbət etməyə başladı.

Aylın mətbəxtdə gəlib öz – özünə: mənə ilişməsən dünyan dağılar elə bil cığal. Bahar xalasına çay süzdü, birdən nə isə xatırladısa ikki fincanda qoydu siniyə, çay süzdü. Stiotu götürdü, Sərdar verəcək çayın içinə tökdü qarışdırdı ehtiyatla, sinini götürüb getirdi.

Çayları bölüşdürdü əyləşdi, Sərdarla Bahar söhbət edirdilər. Bahar – Aylına: qızım deyirdin çok kobut oğlandı Sərdar, mənim xoşum gəldi çoxda mədəni – mərəfətli oğlana bənzəyir. Sərdar Aylına baxdı, Bahar çayını götürüb içdi bir qurtum, Sərdar Aylına nə isə demək istəyirdi, Bahar ağzını tutub yandım ay Allah.

Sərdarla Aylın Bahara baxdılar, Aylın çayı səhv salmışdı, Aylın tez gedib su gətirdi, al iç Bahar xala. Suyu içib zorla udqundu arvad, Aylın dodağını dişləyib baxdı Sərdara. Bahar – Aylına: bu nəydi belə qızım? sanki stiot sözü yarımçıq qaldı ağzında, – Aylına: qızım düşündüyüm deyil, elə deyilmi? Aylın utanıb kənara baxdı. Sərdar güldü, Aylının çayı səhv salaraq qonşusunu yandırdığına. Bahar – Aylına: qızım Sərdara verəcəkdin, elə deyilmi? Aylın tez çayı götürüb, yox – yox Bahar xala mən şəkər tozuyla qarışdırmışam yəqinki. Bahar – Aylına: belə hallar tez – tezmi olur qızım? Sərdar – Bahara: mən alışdım Bahar xala artıq qonşunun şəkər tozuyla stiotu qarışdırmasına. Aylın Baharın özünə baxdığını görüb, tez çayı götürüb getdi mətbəxdə. Sərdar qəh – qəhə çəkərək elə güldü ki, Aylına. Aylın Sərdarın gülüşünə əsəbləşdi, ama tezdə üzünün ifadəsi dəyişdi. Sərdarı belə gülən çox az görmüşdü, başını narazılıqla sirkılıyırək çay süzdü başqa fincana.


Tahirlə Nərgiz söhbət edirdilər maşınında oturub, Tahir danışmışdı Nərgizə olanları. Nərgiz dərindən nəfəs alaraq Tahirə baxdı üzgün baxışlarla. Tahir heç istəmirdi Nərgiz üzülsün, ancaq ondan Aylın haqda heçnəyi gizlətmirdi. Nərgiz – Tahirə: orda tək başına nə olacaq onun günü? – Nərgizə: məndə düşünürəm canım bilmirəm. Aylını bura gətirməkçün ciddi bir səbəb olmalır. Bilirsən mən dostuma yalanda danışmaq istəmirəm, ancaq ordada tək başına qalmasından narahatam çox. Nərgiz – Tahirə: bizmi getsək yanına? elə darıxmışam ki onunçün, Tahir Nərgizin əlini tutub öpüb üzünə tutudu. Canım mənim hər şeyimm, Allah qorusun hamımızı, vardır bir çıxış yolu hər şeyin. Ümid edirəm bizədə bir yol göstərəcək Allahım sonunda, məndə istəyirəm düzü ona getmək. Sərdarsız işlərim biraz qarışıqdır burda, düşünürəm Sərdar gəlsin məsləhətləşək biz gedərik, nə deyirsən? Nərgiz sevindi uşaq kimi. Nərgiz – Tahirə: kiçik dostumuda apararıqmı? Tahir Nərgizin uşaq kimi xasiyyətlərinə vurulurdu hər dəfə, apararıq ömrüm.

Tahirə zəng gəldi, telefonuna baxdı Sərdar idi vidyo zəng edirdi – Nərgizə: Sərdardı, açdı əlaqəni. Sərdar – Tahirə: salam necəsən, maşındasan xeyir ola gedirsən? Tahir Nərgizə yaxın durdu. Sərdar görüb anladı – Nərgizə: canım bacım salam necəsən? – Sərdara: yaxşıyıq biz qardaşım, sən necəsən? Aylın yaxşıdırmı? çox darıxmışıq onunçün. Sərdar zarafatla – Nərgizə: nəyinə darıxırsınız onun? tərsin biridir. Tahir – Sərdara: dostumla işin yoxdur qardaşım, biz bu haqda danışdıq səninlə, hər şey yaxşıdımı orda? nə vaxt qayıdırsan. Sərdar dərindən nəfəs alıb – Tahirə: sənin bu dostun dinc dayanmır, yenə kiməsə yardım etməkçün şövbəyə getdi. Mən rəyisə zəng edib dedim Aylın gəlir bacaran köməkliyi etsin ona. Tahir – Sərdara: sən niyə getmədin Aylınla? – Tahirə: məni qonşusu qadınla söhbət edərkən qoyub xəbərsiz getmiş. Nərgiz narahat oldu – Sərdara: qardaşım nə olar səndə get tək qoyma onu. Sərdar – Nərgizə: taxsi gələcək indi gedirəm bacım narahat olma. Nərgiz Tahirə baxdı üzgün baxışlarla. Sərdar – Tahirə: rəyisin oğlunun barmağını qırmış Aylın. Tahirlə Nərgiz ikisidə eyni vaxtda, nəə? yox artıq. Nərgiz – Sərdara: rəyisin oğluyla nə işi Aylının? Tahirdə düşünmədən – Sərdara: ya bu rəyislərin oğlanları dostumumu tapırlar gedib, bu nədi belə? – Tahirə: çox sağ ol qardaşım. Tahir anladı dediyi söz Sərdarada çatdı, – Sərdara: bağışla qardaşım dostumun problemi olunca, düşünmədim dedim. Sərdar – olara: bu Aylındı nəyə təcüb edirsiniz ki? harda problem var ilişir özü problemə, yada problem buna. O tipdən onu qorumağım lazımdır, dedi ki Aylından heyif çıxacaq, xoşum gəlmir ondan. Tahir nə deyəcəyini bilmədi. Nərgizin gözləri yaşardı, – Sərdara: Aylına bir şey etməz elə deyilmi? – Nərgizə: etməməsiçün qalmağa məcburam burda biraz vaxlıq. Mənim taxsim gəldi öpürəm sona görüşürək, sağolun bağladı əlaqəni.

Nərgiz maşının yan şüşəsindən baxıb göz yaşlarını sildi. Tahir dərindən nəfəs alıb öz – özünə: bu tiplər hardan tapır bur qızı? – Tahirə: Sərdar gələndən sonra nə olacaq? yox bu belə olmayacaq bir şey düşünməmiz lazımdır. Tahir – Nərgizə: sənə baxanda hər şeyi unuduram canım bir anlıq. Nərgiz utandı baxmadı Tahirin üzünə. Tahir gülümsəyərək, – Nərgizə: gedək mən səni rəfiqənə çatdırım canım. Axşam danışarıq bu haqda, üzülmək – ağlamaq yox, danışdıqmı ürəyim? Nərgiz yavaş səslə -Tahirə: danışdıq canım. Tahir maşını işə salıb, qaza basdı getdilər.


Sərdar şövbəyə gəlmişdi, rəyisin otağında söhbət edirdilər. Sərdar dərindən nəfəs alıb – rəyisə: demək zərər çəkmiş şikayətci olmasa qadını buraxa bilirsiniz. Rəyis – Sərdara: elədir, razılığa gəlsələr biz buraxa bilərik. Aylın getdi zərər çəkmişin yanına xəstəxanaya, danışsın onunla görək nə razılığa gəlirlər. Pulmu təklif edəcək şikayətini geri çəkməsiçün, orasını bilmirəm, Sərdar başını narazılıqla sirkələdi. Rəyis – Sərdara: bu qız həmişəmi belədirmi? başqalarına mərhəmət göstərən, bəzəndə haq yerdə barmaq filan qıran. Sərdar – rəyisə: tanıdığımdan elədir, rəyis gülümsəyib baxdı. Sərdar rəyisdən xəstəxananın ünvanını alıb ayağa qalxdı, – rəyisə: çox sağolun yardımınıza görə. Artıq sizdə bizim kimi alışın, Aylının varlığına şəhərinizdə, rəyisdə ayağa qalxdı. Sərdarla əl verib sağollaşdı, – Sərdara: sizin şəhərdən sonra növbə bizim şəhərimizdir Sərdar bəy, Sərdar sağollaşıb çıxdı otaqdan, ürəyi sıxılırdı nədənsə. Aylına yetişmək istəyirdi, tez şövbənin qarşısında dayanan taxsiyə əyləşdi getdi Aylının dalınca xəstəxanaya.


Aylın xəstəxanada zərər çəkmiş kişiylə danışırdı, – kişiyə: baxın həyatda hər şey ola bilir. Bir insanın başına hər iş gəlir bu həyatd, a şikayətinizi geri götürün anlaşaq sizinlə. Kişi çox tərs biri idi, üzündən – danşığından bilinirdi pisliyidə. Kişi – Aylına: götürmürəm cəzasını çəkəcək, yaralanmış başını göstərdi. Kişi – Aylına: az qala ölürdüm mən o … … səbəb olub, Aylın sakit danışmağa çalışırdı. Çox çətinliklə özünü zor tuturdu ki, heyvanın başından birdə özü vurmamaqçün. Aylın – kişiyə: mən sənin bütün xərcini çəkəcəm söz verirəm artıqlamasıyla. Kişi tərsliyinə saldı, – Aylına: yox o cəzasını çəkəcək vəssəlam, Aylın əllərini açıb yumdu tez – tez əsəbindən.

Aylına verilən ardıcıl narkozların təsirindən son zamanlar çox əsəbi olmuşdu. Kişi – Aylına: mən ona görə işləyədə bilməyəcəm bir il, – kişiyə: mən ödəyəcəm sizin bir ildə qazandığınız o pulu.

Qapı açıldı içəri Sərdar girdi, Aylın Sərdarı görüb baxdı təcüblə. Sərdar yaxınlaşıb – kişiyə: sənin Vəfa xanıma qarşı ədəbsiz hərəkətlər etdiyin anlar kameraya qeyd olunmuş. Kişi – Sərdara: səndə kimsən? Sərdar cibindən kimliyini çıxarıb göstərdi. Deməli belə, sizin haqqınızdada iş açılacaq afisanta qarşı etdiyiniz ədəbsiz hərəkətlərə görə. Kişi biraz tutuldu baxdı, – Aylına: sən nəqədər ödəyəcəkdin mənə? Aylın ayağa qalxdı – kişiyə: alçaq sənin qalan quş başınıda mən sındırmayım, sus şərəfsiz. Utanmaz əxlaqsız heyvan. Sərdar – kişiyə: sındırar, inan tək başını deyil, barmaqlarının onundanda olarsan uzun zamanlıq. Aylın əsəbləşdi – kişiyə: sənə pul yox … … … lazımdır. Sərdar – Aylına: o artıq anladı, şikayətini geri almasa özüdə cəza çəkəcək, həmdə burdan aparılacaq cəza çəkmə yerinə.

Həkim gəldi, Sərdar – həkimə: doktor xəstəmiz haqda məlumat ver mənə. Həkim kişiyə baxıb – Sərdara: xəstəmiz yaxşıdır, artıq qorxulu bir şeyi qalmamışdır. Biz evə icazə vermişik dünəndən, özü birazda qalıb müalicəsini burda davam etməyə istədi. Sərdar kişinin fikrini anladı, Sərdar – həkimə: çox sağol doktor, xəstəniz birazdan aparılacaq lazım olan yerinə. Kişi qorxdu! Sərdar elə dedikdə tez – olara: mən şikayətçi deyiləm artıq. Bu xanım demişkən, insanlıq var elə deyilmi? Aylın kişiyə pis söz dedi, sənin insalığına. … …olsun. Sərdar – kişiyə: o zaman ərizənizi götürməyə qalxın gedirik, sonrada Vəfa xanımın haqsız şərlədiyinizçün ona siz pul ödəyəcəksiniz. Kişi bəhanələr edərək özünü yazıq göstərməkçün zarıdı qalxarkən. Aylın dözmədi – kişiyə: kəs səsini moşennik tülkü cəld ol, kişi tez qalxdı ayağa qapıya tərəf getdi normal yeriyərək. Sərdar başını narazılıqla sirkələdi gülümsədi, kişinin yalancı və həyasız olmağına baxdı ardınca, çıxdılar ardınça otaqdan.


Axşam olurdu Sərdar Aylınla gəldi evə, – Sərdara: çox sağol yardım etdin. Sərdar – Aylıan: bir şey deyil Aylın xanım, bacardığımı etdim. Sərdara zəng gəldi tanımadığı nömrədən, telefonu açmaq istəmədi. Aylın – Sərdara: açsana zır – zır zırıldadırsan telefonu, Sərdar telefona cavab verdi alo, biraz qulaq asıb tanıdım salam yaxşıyam, yox hələ burdayam getməmişəm. Aylına baxdı altdan – altda danışarkən, nədən olmasın sizinlə axşam yeməyinə çıxmaq mənə çox xoş olar. Mən gələrəm zəhmət çəkməyin, saatına baxdı, 9: 00 tamamda danışdıq orda olacam, görüşərik sağolun. Telefonu söndürüb dərindən nəfəs aldı. Aylın – Sərdara: rəyisin qızıydımı? Sərdar Aylına diqqətlə baxdı, özünü qısaqnmasını çox istəyirdi. Sərdar – Aylına: hə o idi, axşam restoranda görüşəcəyik, Aylının heç vecinədə deyildi, – Sərdara: çox gözəl sevindim. Uşaq deyilsiniz artıq böyük insanlarsınız, çıxın gəzin əylənin, həmişə iş olmaz ki? ayağa qalxıb Sərdara evin açarını verdi. Al mən olmasam aÇarsan qapını, dediyim kimi öz evin bil. Sərdar – Aylına: bəlkə otelə getdik qızla, – Sərdara: hara istəsəniz gedin Sərdar bəy. Mən açarı verdim ki öz evin bil çəkinmə, – Aylına: o zaman qızı evədə gətirə bilərəmmi? Aylın ayağa qalxdı – Sərdara: əlbətdə bilərsən, dedim axı öz evin bil. Aylın mətbəxtdə gedib iki qəhvə hazırlayıb gətirdi, Sərdar əsəbləşirdi Aylının özünə qarşı soyuq olmasına. Aylın Sərdarın qəhvəsini verdi, Sərdar istəmirdi qızla çıxsın. Aylını qısqandırmaq məqsədi ilə razılaşmışdı, Sərdar Aylından gözünü çəkmirdi. Sərdarın özünə baxdığını görüb – Sərdara: bir şeymi oldu? Sərdar qəhvəsini götürüb – Aylına: yox olmadı heçnə, icdi əsəblə qəhvəsini.


Sərdar dedikləri vaxtda qızla restoranda görüşdülər, qız gülər üzlə qarşıladı. Sərdarla əl verib görüşdülər, geçib əyləşdilər, qız hər şey qoydurmuşdu masaya. Sərdar – qıza: masanı hazırlatmısan, qız gülümsəyərək, – Sərdara: siz bizim qonağımız sayılırsınız Sərdar, borcumuzdur qonağa hörmət etmək. Sərdar gülümsəyib, baxdı qıza. Afisant gəlib şərabı açıb bakallara süzdü, Sərdar qızın sadə və birazda dünya görmüş olduğunu anladı. Qız bakalı götürüb – Sərdara: xoş gəldin Sərdar, sənin şərəfinə. Sərdar bakalı götürüb qızın bakalına yavaşdan toqquşdurub, – qıza: hər şey üçün təşəkkür edirəm. Bağışlayın adınız nə idi? qız güldü, – Sərdara: unutdunmu? demişdim. Sərdar – qıza: bağışlayın yaddaşım zəyifdir biraz, incimədiniz ki? qız gülərək, yox incimədim adım Aylındır. Sərdar pərt oldu, qızın zarafat etdiyini düşündü, təkrar sorudu – qıza: bağışlayın Aylındırmı? qız hə Aylındır. Sərdar bakaldakı şərabın hammısını içdi bir dəfəyə, qız Sərdara baxıb gülümsədi. Qız – Sərdara: məndə sənin kimi bir dəfəyə içmək istəyərdim, deyillər içki bəzi dərtləri unutdurur müvəqqətidə olsa.

Bu Ramizin sözü idi, Sərdar xatırladı, bu nə idi qarşılaşırdı? öz – özünə şüphəli qaldı. Qızın Ramizin dediyi sözü təkrarlaması və adının Aylın olmasıda təsadüf idimi? Sərdarda qəribə hiss yaratdı duyduqları. Boğazı qovuşdu, meyvə şirəsindən içib baxdı, – Sərdara: biraz özün haqda danışarsanmı? mənım anladığım, özünə qapalı birinə bənzəyirsən. Çox danışmayan, çoxluğu sevməyən və işində atam kimi ciddi olduğun üzündən bəllidir. Sərdar gülümsəyərək, – qıza: mənim danışmağıma gərək qalmadı, artıq siz bildiniz necə olduğumu. Sərdar – qıza: bəs siz? – Sərdara: mən sevirəm insanlarla deyib gülməyi. Atam özümü bildiyimdən şövbədə işliyib, evimizdə məndən başqa hər kəs qaş qabaqdır. Həmişə anamadan soruşardım atam niyə belə ciddi və gülər üz deyil? anam atamın işinin ciddi olmasındandır qızım deyərdi. Atamı heç gülən görmədim ürəkdən, anam qardaşımla hər zaman vaxt keçirir, onu uşaq kimi bəsləyir hələdə. Mən evə döndüyümdə çox darıxıram, hər kəs soyuq və dinməz danışmazdırlar. Mən öz otağıma keçib biraz musiqi dinləyb yatıram, hər gün eyni şeylər təkrarlanır, mənasız həyatdır başqa heçnə. Sərdar anlayırdı qızı danışığından, – qıza: ama siz başqasınız Aylın xanım. Aylın deməyidə qıza biraz çətin oldu, qız gülümsəyərək, – Sərdara: mən öz psixaloqiyamı normal saxlamağa çalışıram. Əkis halda dəli olub xəstəxanalıq olaram, işdə orasıdır xəstəxananıda sevmirəm nədənsə. Sərdara tanış sözlər idi, bir qəribə hisslər yaşayırdı ürəyində, qızın Aylınla xasiyyətdən oxşarlığı var idi. Sərdar köynəyinin boynunu dartıb baxdı qıza, ürəyi sıxıldı bir anlıq.

Aylında kafelərin birində Vəfayala görüşmüşdü, Vəfa biraz kişi xasyətində idi. Aylın – Vəfaya: bax həyatını dəyişəcəksən bundan sonra, – Aylıana: necə qızım? Aylın dərindən nəfəs alıb – Vəfaya: bu qızımla danışmağı qoy kənara. Vəfa – Aylına: tamam Aylın anladım, necə dəyişəcəm həyatımı? mənim kimsəm yoxdur. Bu yaşıma qədərdə mərhəmət deyilən bir şeyin adını belə duymadım, əlbətddə səninlə tanışınca duydum. Hər kəs məndən birşeylər istədi, bilirsən bu… həyatda təmannasız heçnə yoxdur. Anada evladını dünyaya gətirəndə təmənna güdür, öz gələcəyiçün gün ağlayır. Düşünür evladı böyüyəcək və özünə dəstək olacaq yaşlandığında, bu… dünyanın qanunu belədir. Baxsana kiminə var dövlət verir, kiminə… da vermir, əli ilə kənarda oturan ailəni göstərdi. Vəfa – Aylına: bax kənardan olara, necə xöşbəxt görsənirlər, elə deyilmi? sən inanırsanmı olar xöşbəxt bir ailədilər deyə? İnanama, bilirsənmi niyə? mən o gördüyün tipi yaxşı tanıyıram. Gecə barlarından çıxmır,

Aylın əli ilə başını tutub baxırdı – Vəfaya: bəzi şeyləri düz demiş ola bilərsən, dünya dediyini bizdən öncə belə qurmuşlar, biz qurluşunu və ya insanlarını dəyişə bilmərik. Dediyin o adamların çiyinləri üstə baş əvəzi Allah balqabaq vermiş. Olarda insanlardan boş balqabaq başları ilə seçilirlər, nə edək deyirsən? bizə olar gərək deyillər. Vəfa əlini – əlinə vurub güldü dediyi sözünə, – Aylına: çox yaraşdı bal qabaq sözü olara. Hansısa balqabaq başlı tiplə ailə qurub üz – üzə əyləşib yalandan dişimi ağardınca, belə yaşamağı üstün tuturam. Aylın – Vəfaya: ciddi olsana bir dəqiqədə olsa. Vəfa gülürdü hələdə, Aylının əsəbləşdiyini görüb dayandı, az vaxtdan yenə güldü, özünü saxlaya bilmədi baqabaq dediyi sözə. Aylın dərindən nəfəs alaraq öz – özünə: Allahım sən mənə kömək ol, – Aylına: tamam gülmürəm daha, bax ciddi oldum. Sakit dayandı üzünün ifadəsini dəyişib. Aylın – Vəfaya: şükür Allaha, Vəfa yenədə başladı gülməyə. Aylın əsəbləşib ayağa qalxdı – Vəfaya: səninlə ciddi danışmaq mümkün deyil. Vəfa – Aylına: hara gedirsən? Aylın Vəfanın qolundan tutub, qalx gedirik. Vəfa masadakı yeməklərə baxaraq, – Aylına: mən heçnə yemədim. Aylın onu dartardaq apardı, -Vəfaya: gülüncə yeyərdin, kafedən çıxarıb apardı.