Diləqm anlamışdı artıq. Aylın – Sərdara: nə syurprizidi canım? Sərdar gülümsəyib, – Aylına: mən işimdən tam çıxıb bura yerləşəcəm atam ilə. Aylın qulaqlarına inanmadı – Sərdara: buramı? zarafat edirsən canım. Ramizin qalan kefidə qaçdı üzünün ifadəsi dəyişdı. Dilqəm bakalın dibinə baxdı, su qalmamışdı içməyə. Aylın – Sərdara: bəs işiniz? atan işini buraxmaz inanmıram. Sərdar – Aylına: biz bu haqda danışmışıq canım sənin ilə, bilirsən atam mənsiz qala bilməz ayrı. Dediyimdə o da razılaşdı, və ordakı hər şeyimizi satıb burda iş quracağıq səninlə birlikdə.
Aylın çox sevindi bu xəbərə, – Sərdara: canım əgər dediklərin doğrudursa çox sevindim. Ramiz dərindən nəfəs alıb – Dilqəmə: içməyə bir şeyin varmı qardaşım? Dilqəm anladı – Ramizə: əlbətdə qardaşım var gedək. Anamlada tanış olarsan, artıq qonşumuz olacaqsan. Ramiz əsəblə qalxdı masadan, Dilqəmdə qalxdı.
Aylın – olara: hara gedirsiniz? yemək yeyəcəyik oturun. Ramiz – Aylına: iştahım yoxdu canım nuş olsun sizə, getdi. Dilqəm – Aylına: mənimlədi narahat olma, yalandan gülümsəyib, tez Ramizin ardınca getdi. Aylın Ramizin niyə incidiyini anlamadı – Sərdara: indi buna nə oldu ki? mən olmayan o anda davamı etdiniz? – Aylına: boş ver canım, o məni istəmir əvəldən bilirsən. Nərgizlə Tahirin başına açdıqları oyundan sonra Kamili vurmuşdum, dostuna görə mənimlə kin saxlayır hələdə. Aylın dərindən nəfəs alıb – Sərdara: sən ondan incimə canım tamammı? onun ürəyi çox yumşaqdır bilirsən. Onunda başına gəlməyənlər qalmadı son zamanlar. Sərdar gülümsəyib, – Aylına: sən məni yedirməyəcəksənmi? – Sərdara: yedirərəm canım. Yaxın əyləşib yeməkdən çəngələ götürüb verdi yesin, Sərdar çəngəli əlindən masaya qoyub – Aylına: əlinlə ver canım. Aylın – Sərdara: uşaqdan betərsən olursan bəzən, yeməkdən əliylə götürüb verdi ağzına yedizdirdi. Sərdar yeməyi yeyərək – Aylına: mmm çox dadlıdır canım, dur indi mənim növbəmdir, yeməkdən əliylə götürüb Aylını yedirdi. Aylın Sərdarın verdiyi yeməyi yeyərək, – Sərdara: əllərimə sağlıq canım doğurdan dadlı olub. Sərdar Aylının sözünə zarafatına gülümsədi, – Aylına: qıymadın mənim əlimdən yediyinçün dadlı oldu dəməyə. Aylın üzülmüşdü Ramizin getməsinə, Sərdarda anlayırdı bunu. Aylının zarafat edib başını qatmağa çalışırdı.
Dilqəm Ramizi özlərinə gətirmişdi, anasıylada tanışdırmışdı. Bahar – Ramizə: oğlum gərçəkdən çox sevindim gəldiyinə, inan Aylın mənə qızım sayılır. Ona görə çox narahat oluram, sən burda olsan rahat olaram artıq. Ramizin kefi o qədərdə yox idi, zorla gülümsəməyə çalışırdı yalandan, Dilqəm anlayırdı halından. Ramiz – Bahara: məndə çox sevindim sizin kimi qonşusu var canımın. Bahar anlamadı Ramiz canım dedikd. Dilqəm – anasına: Aylını deyir ana, anası gülümsəyərək, – Ramizə: düz deyirənsən oğlum candı o cann. Ramizə yemək çəkdi təşəkkür etdi arvada. Dilqəm qalxıb mətbəxtdə getdi. Az vaxtdan əlində içki şüşəsiylə, balaca rumkalarla qayıtdı. Ramiz – Bahara: Bahar xala mənə biraz bibim haqda danışarsanmı? çox peşmanam sağlıqlarında bura gəlmədiyimçün. Bahar dərindən nəfəs alıb üzgün baxışlarla baxdı Ramizə. Dilqəmdə iki rumkaya içki süzdü əyləşdi. Bahar Ramizə danışmağa başladı qonşularının nə qədər yaxşı insanlar olduqları haqda. Ramiz qulaq asırdı diqqətlə, danışdıqca gözləri dolurdu yaşla.
Artıq gec idi Ramiz hələ gəlməmişdi evə – Sərdara: bu nə çox qaldı Dilqəm gildə? – Aylına: bir – birini sevdilər canım, yəqin söhbət edirlər gələr. Aylının Ramizə görə narahat olmasınıda qısqanırdı, ancaq bildirməməyə çalışırdı. Bilirdi Aylınçün Ramiz çox dəyərli idi, istəmirdi Aylın ona görə özündən incisin.
Qapı açıldı, Aylın tez qapıya tərəf getdi gələn Ramiz idi. Çox iÇmişdi ayaq üstə zorla dayanırdı, Aylın Ramizin qolundan tutub gətirdi, divana otuzdurdu. Sərdar xoşlamadı Ramizin içib gəlməsini, Aylın Ramizi yanında əyləşdi. Ramiz – Aylına: canım Bahar xala danışdı bibim haqda hər şeyi, mən çox üzgünəm sağlıqlarında bura gəlmədiyimçün, gərçəkdən çox üzgünəm, gözləri yaşardı. Aylın Ramizin kürəyini əli ilə sığallayaraq, mehribanlıqla – Ramizə: səhər gedərik birdənəm oları ziyarət edərik. Anamın ürəyi çox kövrəkdi səndən inciməmişdir üzülmə, qismət deyilmiş nə edək. Ramiz heç Sərdara baxmadı, elə bil Sərdar yox idi onunçün bu evdə. Aylının çiyninə başını qoyub gözlərini yumub dayandı. Sərdar Ramizə olan əsəbini çarəsiz içinə atıb sakit qalırdı yerində.
Sabah olmuşdu, üçü birlikdə məzarlarına gəlmişdilər Aylının valideyinlərinin. Ramiz sakit oturmuşdu bibisinin məzarı yanında, çox üzgün görünürdün. Aylın məzarların üstündəki gülləri səliqə ilə qoydu. Ramiz fikirə dalmışdı, Aylın Ramizin nə düşündüyünü anlamasada, onu fikirindən ayıltmaq istəmirdi. Sərdar qollarını bir – birinə dolayıb baxdırdı Ramizə. Aylın – Sərdara: yazıq gəlmədiyiçün xəcalət çəkir indi, Sərdar – Aylıana: canım boşa deməmişlər, etdiyin hörməti insana sağlığında et, sonrakı peşmançılıq fayda verməz. Aylın – Sərdara: Ramiz çox dəyişdi anasının açdığı oyunlardan sonra. Sanki elə bil o vaxta kimi hələdə balaca uşaq idi, artıq o günərindən iz qalmamış. Sərdar Ramizə baxıb nə isə başqa şey düşünürdü.
Beləcə bir ay ötdü keçdi, Sərdar atasıyla Aylına yaxın yerdə ev a alıb köçmüşdülər öz şəhərlərindən. Ramizdə Aylınla yaşayırdı, Sərdarın bütün qısqanmaları ancaq ürəyində qalmışdı. Aylını Sərdar yeni almış evlərinə gətirmişdi, atası söhbət edirdi olarla. Rəyis – Aylına: qızım sən razısan bizimlə iş qurmağa çox sevindim. Aylın – rəyisə: mən bankda olan pulumu çıxardım bu gün və sizinlə ortaq şirkət açmağa razıyıq. Sərdar şüphəli baxaraq – Aylına: razıyıq deyərkən, anlamadım canım, – Sərdara: Ramizlə ikimiz razıyıq. Sərdarın elə bil başından aşağı qaynar su tökdülər, nəə? Ramizləmi? özünü zor tutdu. Aylın – Sərdara: hə Ramizlə, nə var ki? atası Sərdara işarə etdi ki, sussun səhv danışmasın. Sərdar zorla özünü ələ aldı, bildirməməyə çalışsada Aylın hiss etdi. Aylın – Sərdara: sənin Ramizlə probleminmi var mən bilməyən başqa? rəyis tez söhbəti dəyişdi. Rəyis – Aylına: çox gözəl qızım Ramizdə özümüzküdür yad deyil, elədir demi oğlum? Sərdara baxaraq işarə etdi ki, işə başdan davayla başlamasınlar. Sərdar anladı, çarəsiz – atasına: elədir ata elədir. Aylın – rəyisə: Ramiz məndən gizlin öz evini satıb, Rəyislə Sərdar təcüblə baxdılar.
Sərdar – Aylına: evinimi satıb? o ev ona xatirədir deyirdiniz necə sata bildi? Aylın dərindən nəfəs alaraq – Sərdara: artıq qalmamış xatirə filan. Aylın – olara: sizə demək istədiyim budur, Ramizlə mən bir şirkətə pul qoyacağıq, başqa çürə düşünməyin, Ramiz pulsuz girmir şirkətə. Aylının biraz acığına gəlmişdi Sərdarın Ramizi istəməməsi. Sərdar anladı bunu – Aylına: canım sadəcə olaraq təcübləndim onunda işə qatılmasına, bu qədər. Aylın – Sərdara: şirkətə böyüklüyü atan edəcək və o qərar verəcək hər işin gedişatına. Rəyisin hər zaman Aylının özünə qarşı olan hörmətindən çox xoşu gəlirdi, dərindən nəfəs alıb baxdı oğluna gülümsəyərək, Aylın ayağa qalxdı. Sərdar – Aylına: nə oldu canım? – Sərdara: o qədər görüləcək işlərimiz var ki, əlimizi – qolumuzu sallayıb boş oturmayacağıq hər halda. Sərdar əlini dizinə çırpqaraq öz – özünə: ay daaa işə düşdükdə, desənə günümüz qara olar indən belə. Atası güldü oğlunun mızıldanmağına, Sərdar – Aylına: otursaydın axşam yeməyinə bizimlə. Aylın – Sərdara: başqa vaxta qalsın, mənim çataçaq yerim var, icazənizlə yoldaş rəyis. Rəyis gülümsəyərək, – Aylına: icazə sənindir qızım, Aylın getdi. Sərdarda qalxıb getdi ardınca, atası başını narazılıqla sirkələyərək, güldü oğlunun hərəkətinə.
Sərdar Aylının dalınca yetişib qolundan tutub saxladı, – Aylına: hara belə tələsirsən sən? – Sərdara: dedim axı çataçaq yerim var. Sərdar – Aylına: bilmirəm haradır çatacaq yerin, bunu bil mənimlə gedəcəksən, danışdıqmı? Aylın dayanıb baxdı Sərdara. Sərdar maşınına tərəf gedirdi, Aylının özünə baxdığını görüb dayandı. Sərda – Aylına: nə oldu? Aylın yaxınlaşdı, – Sərdara: bax canım indi gedəcəyim yer sənin xoşuna gəlməyə bilər. Sərdar – Aylına: mən artıq alışdım canım, tufanda islanmışın yağışdan nə qorxusu? bu söz Aylına ayit idi. Gəl gedək mənimlə, məni qırma xayiş edirəm. Aylın razılaşdı, gəlib əyləşdi maşına. Sərdarda keçdi sükan arxasına, maşını işə salıb – Aylına: ünvanı desən doğru istiqamətə gedərdik canım. Aylın – Sərdara: Vəfaya gedirik, Sərdar Vəfa dediyində xoşlamadı, sevmirdi o qadını. Çarəsiz dərindən nəfəs alıb – Aylına: baş üstə canım, ünvanımız Vəfa xanımadır, maşının qazına basdı getdilər.
Gəlib catdılar, Vəfa yaşayan evin qarşısında maşını saxladı. Aylın – Sərdara: mən onunla danışıb gəlirəm, istəsən səndə gəl mənimlə. Sərdar etibar etmirdi Vəfaya, Aylını tək qoymaq istəmədi, gəlirəm canım. Maşından düşdülər, Aylınla gəlib qapının zəngini basıb gözlədilər. Sərdar öz – özünə: Allah bilir hansı küncdədir, Vəfa xanım evdəmi dayanar? Sərdar Vəfanı sonuncu dəfə içəridən çıxanda görmüşdü. Qaqapı açıldı, Sərdar kənara baxırdı, birdən qapıda dayanıb gülümsəyərək, baxan Vəfanı gördükdə gözlərinə inanmadı. Aylına qollarını açıb, canım mənim gəll, Aylınla qucaqlaşıb görüşdülər.
Vəfa – Sərdara: xoş gəldin Sərdar bəy, necəsiz? Sərdar hələdə yerində donub qalmışdı. Sərda – Vəfaya: sağolun Vəfa xanım, yaxşıyam siz necəsiz? Vəfa gülümsəyərək, – Sərdara: Aylının sayəsində gördüyün kimiyəm, buyurun içəri. Sərdar yavaş səslə öz – özünə: heç pis görünmürsünüz. Aylında eşitdi Sərdarın dediyini, gülümsəyərək, geçdilər içəri.
Gəlib əyləşdilər, Sərdar evə nəzər saldı, ev səliqəli idi. Vəfa – Sərdara: mənə təkrar insan olmağa sevgilin öyrətdi. Aylının sayəsində bu evdə yaşayıram, bir illik əvəzimə kirayə haqqımı ödəmiş, Sərdar nə deyəcəyini bilmədi. Vəfanı çirkin geyimdə başqa çürə görmüşdü, Vəfa doğürdanda gözəl qadın idı. Sərdar Aylının əlindən tutub – Aylına: sən möcüzələr edə bilirsən canım, təbrik edirəm bunuda başardın. Vəfanın gözləri yaşardı, – olara: mən sizə qəhvə hazırlayım, mətbəxtdə getdi.
Aylın – Sərdara: canım insanlığı olmasaydı bunu etmək mümkün olmazdı. Vəfa xanımın xarici görkəmi başqa çürə olsada, onun necə gözəl ürəyə sahib olduğunu anlamışdım gördüyümdə. Ona bu şansı verməkdə məni peşman etmədi, sağolsun. Sərdar gülümsəyib, baxdı Aylınla fəxr edirdi.
Vəfa səliqəli balaca sinidə qəhvələr gətirdi, birinci Sərdara verdi qəhvə fincanını, Sərdar götürüb təşəkkür etdi. Aylınında qəhvəsini verib keçib əyləşdi özüdə. Vəfa – Sərdara: Sərdar bəy sizə təşəkkür etməyə imkan tapmadım. Sərdar anlamadı, – Vəfaya: nə təşəkkürü? Vəfa dərindən nəfəs alıb – Sərdara: xatırlamaq istəmirəm, ancaq o günləri xatırladıqca bu günümə dəyər verməyə çalışıram. Siz məni qurtardınız o şərəfsizin şərindən, Sərdar anladı Vəfa özünü içəridən çıxarmağa yardımçı olduğunu deyirdi. Sərda – Vəfaya: maşallah siz güclü qadınsınızmış, nə gözəl sevindim, artıq həyatınıza belə gözəlliklə davam edin, sizə yaraşanıda budur. Vəfa – Sərdara: söz verdim, o günü Aylının mənə deyib getdiyi bir kəlmə sözünü çox düşündüm.
Aylın qəhvəsini içərək – Vəfaya: sən demişdin unversetini bitirə bilməmişdin, imtahandan kəsilmişdin. Vəfa – Aylına: hə imtahandan kəsildim, avara oldum ondan sonra. Aylın – Vəfaya: sabahdan imtahana hazırlaşacaqsan, Vəfa anlamadı Sərdara baxdı, Sərdarda Aylını anlamadı. Aylın qəhvə fincanını masaya qoyub – Vəfaya: Ramiz kömək edəcək sənə hazırlaşmağa. Məndə yardım edəcəm və sən o imtahandan keçib diplomunu alacaqsan, necə demişlər? oxumaq və evlənmək heç vaxtı gec deyil. Vəfa pərt qalmışdı – Aylına: mən bu başla – yaşla necə oxuyaram? indi hər şey kampyuterlə həll olunur, bacarmaram mən buna hə deyə bilmərəm. Aylın – Vəfaya: bacaracaqsan və insanları təcübləndirəçəksən yenidən. Sən gücünlə – məharətinlə inanıram bacaracaqsan və yeni işimdə mənimlə çalışcaqsan. Sərdar anladı, Aylının Vəfanı şirkətə işə götürmək fikrində olduğunu, qəhvəsini içərək baxdı Vəfaya. Vəfa – Aylına: nə işidir? mən sənə hər çürə yardım edərəm bacım, ancaq diplom işi imtahan işi alınmaz. Aylın – Vəfaya: alınacaq, mənə sənin yanımda çalışman lazımdır və sən imtahandan keçərək, diplomunuda alacaqsan mənim xətrimə. Vəfa Sərdara baxdı çarəsiz baxışlarla. Sərdar – Vəfaya: Aylın xanım hər adamla xətir söhbəti etmir, məncədə bütün gücünlə çalışıb alacaqsan diplomunu. Aylın – Vəfaya: biz şirkət açırıq Sərdarla birlikdə, istəyirəm səndə yanıımızda çalışasan və başqa heçnə duymaq istəmirəm.
Aylın ayağa qalxıb – Vəfaya: sabah Ramiz gələcək, burda sənə yardım edəcək. Mənimdə bəzi həll edəcək işlərim var, məndə oları bitirib gələcəm, tamammı? Sərdarda qalxdı ayağa. Vəfa Aylına yox deyə bilməzdi, bunu Aylında bilirdi. Vəfada ayağa qalxıb Aylına yaxınlaşdı, biraz baxıb – Aylına: əlimdən gələni bilirsən əsirgəmərəm bacım, sənin üçün canımdan belə keçərəm bil. Aylını qucaqlayıb öpdü üzündən, -Aylına: sən mənimçün əlindən gələni əsirğəmədinsə, mən necə sənə yox deyə bilərəm ki? sabah gözləyəcəm Ramizi. Aylın gülümsəyib, – Vəfaya: o zaman sabaha qədər Vəfa xanım. Sərdarda sağollaşıb Aylınla getdilər, Vəfa həyəcanlı idi çox.
Sərdarla Aylın gəlib maşına əyləşdilər, – Aylına: hələdə gözlərimə inana bilmirə vallahi, insan necə dəyişərmiş? – Sərdara: deyəsən Vəfaya vuruldun sən. Sərdar maşını işə salaraq – Aylına: canım mənim gözüm səndən başqasını görmür bilirsən. Deyim bil məni qısqanman xoşuma gəldi, gərçəkdən gözəl qadın imiş. Aylın – Sərdara: mən sənimi qısqandım? Sərdar qaza basaraq, maşını idarə edərək – Aylına: qısqandın canım qısqandın, gördüm mən gözlərindən. Aylın boynuna almaq istəmədi, – Sərdara: heçdə yox. Səni nə səbəbdən qısqanacam? Sərdar gülümsədi, – Sərdara: nəyə gülürsən? öpücük göndərdi dodaqları ilə. Sərdar – Aylına: sevgilin olduğumçün qısqanman məni normaldır canım. Aylın üzünü turşudaraq yola baxdı yan aynadan, Sərdarın xoşuna gəlirdi Aylının bu halları.
Sərdar Aylını evə gətirdi, evə tərəf baxdı maşından. Aylın – Sərdara: sən yeni iş yerimizə get bax, nə lazımdır yaz sonra birlikdə həll edərik. Məndə bir neçə işləri həll edəcəm, sabah Vəfaya gedəçəm. Sərdar Aylını Ramizə qısqanırdı, evə tərəf baxıb nə isə fikirləşirdi. Aylının dediyini duymadı, Aylın Sərdarın fikirli olduğunu görüb – Sərdara: Sərdar bəy. Sərdar – Aylına: hay cann canım buyur, – Sərdara: əgər xəyallarından ayıldınsa, deyirəm sabah şirkətə gedib baxarsan eksik bir şey varmı. Sərdar fikrini toplaya bilmirdi – Aylına: nəyə baxacam? Aylın əsəbləşdi – Sərdara: sənə nə olub? – Aylına: heçnə canım səni dinləyirəm. Aylın qapını açıb – Sərdara: sən məni dinləmirsən canım, sonra zəng edib deyərəm sənə lazım olanları,.
Sərdar gördü Dilqəmlə Ramiz gəlirlər. Tez özünə tərəf qolundan çəkib Aylını öpdü dodaqlarından. Dilqəmlə Ramiz gördülər Sərdarın Aylını öpdüyünü. Dilqəm görməməzliyinə vursada, Ramizin olara necə əsəblə baxdığını görürdü. Dilqəm başını qatmaqçün – Ramizə: qardaşım mən zəng edib həll etdim o işi, Ramizin gözü olarda idi. Aylın Sərdarı özündən qırağa çəkib dodaqlarını sildi qoluyla, – Sərdara: nə edirsən sən? Sərdar özünü elə apardı ki, güya Ramizi görməyib. Sərdar – Aylına: canım öpməyə olmazmı sevgililmi? Aylın əsəbləşdi – Sərdara: olmaz, səninlə heç nişanlıda deyilik. Burda məni tanıyan bilən var, görən olsa nəfikirləşərlər. Sərdar – Aylına: yaxında nişanda olacaq canım, kimə nə? biz sevgili deyilikmi? Aylın maşından düşərkən özünə baxan Ramizlə, Dilqəmi gördü.
Qapını örtüb Sərdara baxdı əsəblə, Sərdar öpücük göndərib gülümsəyərək, maşının qazına basaraq, əl yelləyərək getdi. Aylın Dilqəmin qarşısında utandı. Ramizi özünə çox yaxın hesab edirdi, ondan gizlin söhbəti sirri yox idi. Dilqəm əli ilə Aylına salam işarəsi etdi, Ramiz Aylına tərəf gəldi. Aylın – Ramizə: bir neçə işim vardı oları həll etdim. Ramiz – Aylına: görürəm canım deməyə gərək yoxdur, həll edirsiniz o tiplə birgə işinizi. Aylın bilirdi Ramizin Sərdarı sevmədiyini, dərindən nəfəs alıb – Ramizə: bax birdənəm bilirəm sən. Ramiz Aylının sözünü bitirməyə imkan vermədi – Aylına: sən heçnəyi bilmirsən canım, heçnəyi bilmirsən, anladınmı? getdi əsəbləşib. Aylın anlamadı Ramizin nə dediyini, Dilqəmə baxdı. Dilqəm Ramizin ardınca getdi evə tərəf. Aylının axlına başqa heçnə gəlmirdi, əlinin üstüylə burnunu silib getdi evə tərəf.
Ramiz Dilqəmlə öz otağına gəldi, əynindən gödəkçəsini çıxarıb atdı kənara əsəblə. Dilqəm – Ramizə: qardaşım bu halınla hər şeyi aydın edəcəksən Aylına. Ramiz keçib əyləşib – Dilqəmə: gördünmü? mən görüm deyə öpdü o… Aylını. Mənə acığa qəstdən bilərəkdən öpdü, qapı döyüldü içəri Aylın girdi. Ramiz əllərinin barmaqlarını bir – bir sıxarq çıqqıldatdı, baxdı içəri girən Aylına. Aylın – Dilqəmə: nə olub Ramizə? bu gün axşama kimi onunla sən olmusan, nədir onu belə əsəbləşdirən? Dilqəm qaldı bir söz deyə bilməyib ortalıqda. Ramiz – Aylına: canım mən o tipi gördüyümdə əsəbləşirəm, anlayırsanmı? – Ramizə: anlayıram birdənəm, ancaq bilmirəm sizinlə nə edim mən. Bir – birinizi görən gözünüz yoxdur, düşmən kimi baxırsınız qarşılaşdığınızda. Sabah birlikdə çalışacaqsınız, nə olacaq sizin halınız? imkan olsa bir – birinizi yeyərsiniz vallahi. Ramiz – Aylına: bir – birini yeyənlər görünür kimlərdir, maşında yeməsənizdə bir şey qalmamadı. Aylın xəcalət çəkdi Diləqmin qarşısında utandı, Dilqəm başını qaşıyaraq kənara baxdı. Aylın yavaş səslə öz – özünə: axx Səradar sənin mən, sözünün axırını demədən çıxdı otaqdan.
Dilqəm gəlib əyləşdi Ramizin yanında – Ramizə: qızı mənim qardaşım utandırmasaydın. Sən özündə gördün o bilərəkdən çəkdi öpdü Aylını zorla. Ramiz əsəbləşdi, onun öpən mən … … … söydü Sərdarı. Anlamıram bu tip hardan peyda oldu bizim həyatımıza? – Ramizə: qardaşım Aylınında ona könlü var, görmüsənmi? niyə vaxtında ürəyini açmamısan qıza? İndi günahsız yerdə danlayırsan yazığı. Ramiz cibindən siqaret qutusunu çıxardı, siqaret götürüb qoydu dodaqlarına. Alışqanı axtardı ciblərindən tapmadı, əsəbləşdi ağzındakı siqareti atdı kənara. Dilqəm dərindən nəfəs alıb Ramizin halına üzülürdü. Qalxıb yerə atdığı pencəyinin cibindən alışqanı tapıb gətirib uzatdı, – Ramizə: qardaşım bir qərara gəl belə olmaz. Axlımda bir fikir var, bununla onu Aylından ayıra bilərik çətində olsa. Ramiz alışqanı götürüb – Dilqəmə: mənə uyar qardaşım sən fikrini de, razıyam mən hər şeyə, nəyin bahasınada olsa o tipi Aylından ayırmalıyam.
Bir ay keçdi birlikdə şirkət açmışdılar artıq çalışırdılar. Ramizlə Aylın eyni otaqda çalışırdılar, atasıyla Sərdar başqa bir otaqda çalışırdılar, Dilqəmdə menidjer kimi çalışırdı şirkətdə. Vəfada katibə kimi çalışırdı, Vəfaya yardım edirdilər bilmədiyi işlərdə, 10 – na yaxında işçilərdə vardı çalışan. Aylın otaqdan çıxıb gəldi Sərdar gilin yanına, qapını döyüb içəri keçdi – olara: uğurlu çalışmalar yoldaş rəyis. Rəyis gülümsəyib, – Aylına: sənədə qızım, Sərdar çox əsəbi idi Ramizlə Aylının bir otaqda çalışmalarına. Bunu atasıda bilirdi, ancaq işdə söz – söhbət etməməsini xayiş etmişdi oğlundan.
Sərdar baxmadı Aylına kampyuterdə nə isə işlə məşğul idi, – Aylına: əyləşsənə qızım. Aylında bilirdi Sərdarın Ramizi sevmədiyini, ancaq susmağı üstün tuturdu, keçib əyləşdi, – rəyisə: yoldaş rəyis sizdən bir xayişim olacaq. Rəyis gözündəki eynəyi çıxarıb baxdı, – Aylına: buyur qızım, – rəyisə: bilirəm yeni açdıq şirkətimizi, hələki tanınmadıq başqa şirkətlər qədər. Rəyis anladı ki Aylın sözünü deməyə çətinlik çəkir, – Aylına: qızım əsas məsələyə keç çəkinmə. Aylın boynunu qaşıyıb, o zaman deyim sözümü, fikirləşirəm işçilərimizdə səhərdən axşama qədər masa arxasında çalışırlar, olarçündə oturmağa normal kreslolar alsaq pis olmazdı. Sərdarın gözü kampyuterdə olsada, qulağı Aylında idi, Aylına baxıb başını narazılıqla sirkələdi, bütün pullarını şirkətə qoymuşdular iş yerini acmaqçün. Rəyis dərindən nəfəs alıb – Aylına: qızım bilirəm sənin ürəyini mən, hər kəsə acıyan – üzülənsən. Ancaq inidi buna imkanımız yoxdur bilirsən, daha sonra söz verirəm heç bir işçi qalmayacaq kreslosuz. Aylın – rəyisə: anladım sizi, düzdür indi vardır biraz çətinliklərimiz, ümid edirəm bütün çətinliklərimiz aradan qaldırılacaqlar tezliklə.
Sözünü Sərdara tərəf baxıb dedi ki, Sərdar anlasın özünün nə mənada dediyini. Ramizlə aralarındakı dava – şavalarına son qoysunlar deyə qandırırdı, rəyisdə anladı Aylının nə demək istədiyini. Rəyis – Aylına: inşallah qızım, inşallah dediyin kimi olar – oğluna: elə diyilmi oğlum? amin deməyəcəksənmi? Sərdar cavab vermədi. Aylın ayağa qalxıb – rəyisə: görüləsi çox işimiz var sizidə işinizdən etməyim, otaqdan çıxdı.
Atası – Sərdara: oğlum bu nə hərəkət idi etdiyin? niyə qızın ürəyini qırırsınız siz? Uşaqlıq etməyin yetər. Sərdar – atasına: siz deyərkən ata? mən işimlə məşğulam burda icazə versəniz. Vallahidə mən çox yoruldum artıq, qalxıb əsəblə otaqdan çıxdı. Aatası gözünə eynəyini taxıb oğlunun – ardınca: baxacam o qapı çırpıb getməklə qalan işinidə həll edə biləcəksənmi oğlum.
Aylın Diləqəmə yaxınlaşdı, Dilqəm öz masasında işiylə məşğul idi. Aylın əllərini Dilqəmin çiyinlərinə qoyub arxadan qulağına pıçıldadı, – Dilqəmə: mən biraz vaxtlığa çıxıram idarə et. Diləqəm dönüb soruşmaq istəyidi hara gedirsən? Aylın getdi gözləmədi cavab verəcəyini. Dilqəm tez Ramizə mesaj atdı ki, Aylın getdi.
Aylının valideyinlərindən qalmış bankda pulları var idi. Aylın banka gəlib işçi qızla söhbət edirdi, qız – Aylına: sizi anladım xanım bir dəqiqə mən öyrənim gəlirəm, qalxıb getdi. Aylın əyləşib gözləyirdi qızı, telefonuna mesaj gəldi Ramizdən – Aylına: (hardasan sən?) Aylın cavab yazdı – Ramizə: (bankdayam birazdan gələcəm mesajı yolladı Ramizə) cavab gəldi az vaxtda (demədən getmisən) Aylın cavab yazdı (imkan olmadı anlataram döndüyümdə). Ramizdən cavab gəlmədi, Aylın telefonu cibinə qoydu. Qızda qayıdıb əyləşdi yerinə – Aylına: Aylın xanım sizə xoş xəbərim var, valideyinlərinizdən qalan pulu ancaq siz ala bilərsiniz. Bilirsiniz biraz gözləməli olacaqsınız lazım olan kağızları hazırlayınca, – qıza: nə qədər vaxt çəkər? saatına baxdı. Qız Aylının tələsdiyini anladı – Aylına: dəqiq bilmirəm, o zaman belə edəyin, işiniz varsa siz telefon nömrənizi qoyun mənə, hazır olduğunda mən sizə bildirərəm gələrsiniz. Aylın – qıza: bu dahada yaxşı oldu, çox sağolun tələsirdim gərçəkdəndə, telefon nömrəsini yazıb verdi qıza. Aylın ayağa qalxıb təşəkkür edib getdi, bankdan çıxdığında qapıda adamlarla rastlaşdı. Qapını açan orta yaşlı kişi Aylına əliylə işarə etdi ki gözəsin, Aylın arxadan gələn 50 – 60 yaş arası bir kişini gördü, dayandı. Görünür varlı biri idi və gözətçiləridə vardı ətrafında. Aylın biraz geri çəkilib dayandı ki keçsinlər, gəlib keçib getdilər yanından. Aylın qapıdan çıxarkən nədənsə dönüb baxmaq istədi, ancaq baxmadı çıxdı qapıdan getdi.
Axşam olurdu işdən çıxası vaxta az qalırdı, Aylın oturmşdu fikirli idi. Ramiz gəldi otağa, Aylının fikirli olduğunu görüb – Aylına: nə olub canım? – Ramizə: işdən çıxmağımıza nə qədər qalıb? Ramiz saatına baxıb, 17 dəqiqəmiz var canım. Sənin canını sıxan bilmədiyim bir şeymi var? Aylına zəng gəldi tez telefona cavab verdi alo, biraz qulaq asıb, çox yaxşı mən indi gəlirəm. Ayağa qalxıb – Ramizə: mən çıxmalıyam sən evə get Dilqəmlə, bu dokumentləridə apar evdə çalışacam. Ramizin yanından keçib getmək istədikdə, qolundan tutub saxladı, – Aylına: sən nə iş çevirirsən yenə? – Ramizə: sonra deyəcəm indi getməliyəm, dokumentləri unutma getdi.
Ramiz dayanıb fikirləşdi, nə olub buna? axlına min fikir gəldi, dözmədi tez otaqdan çıxıb yaxınlaşdı – Dilqəmə: qardaşım getməliyəm tələsik, masada dokument pafkasını unutma evə getdiyində götürməyə. Hə birdə mənə maşının açarlarını ver, Dilqəm Ramizə açarları verdi, ancaq soruşmağa imkan tapmadı. Ramiz Dilqəmin çiyninə vurub, idarə et qardaşım evdə görüşərik, tez getdi Aylının ardınca. Dilqəm öz – özünə: hansınızı idarə edim mən? nələr qarışdırırsınız siz? qalxıb getdi otaqdan pafkanı götürməyə.
Hamı işdən çıxmaqçün hazırlaşırdılar, bir – biriləriləriylə işçilər sağollaşıb gedirdilər. Sərdar Aylın otağı tərəf gəlirdi, otaqdan Dilqəm çıxdı əlində pafkayla, Sərdarı görüb üzləşməməkçün tez getdi. Sərdar gəlib qapını açıb baxdı, Ramizlə Aylın yox idilər. Dərdindən nəfəs alıb şüphəli baxışlarla baxaraq qapını örtüb getdi.
Şirkətdən çıxarkən Dilqəmi səslədi arxadan, Dilqəm dayan. Dilqəm Sərdarın səsəindən tanıyıb üzünü turşudub dayandı, yaxınlaşıb – Dilqəmə: qardaşın hardadı? iş vaxtı bitmədən çıxmışlar, əsəblə dedi sözünü. Dilqəm – Sərdara: mən hardan bilim? məndən niyə soruşursan? mən buranın gözətçisi filan deyiləm ki, Sərdar ətrafa baxdı. Maşınında yoxdur qardaşına vermişsən demək ki, Dilqəm nə isə demək istəyirdi, Sərdar imkan vermədi. Sərdar – Dilqəmə: bax nə deyəcəm diqqətlə qulaq as mənə peşman olmassan, böyük sözü dinləsən hələ sənə + bonusuyla peşman olmassan deiyirəm, inan mənə. O qardaşınada tapşır iş vaxtı bitməmiş heçkim işdən çıxmayacaq bu bir, ikincisidə mənim həyat işlərimə qarışmayın, yoxsa yaxşı olmaz sizinçün. Dilqəm – Sərdara: başqa əmrin? Sərdar əsəblə -Dilqəmə: hələki yoxdur, dediklərimi edin əl – ayağıma dolaşmayın. Dilqəmin üzünə yavaşdan şillə vuraraq, bax belə axıllı ol və qardaşınada de axıllı olsun, göz vurub getdi. Diqləm əsəbindən özünü zorla saxladı, öz – özünə: Ramiz haqlıymış, sən elə – belə tip deyilsən, göstərəcəm sənə təhtid necə olur gerdi.