Aylın Vəfanı başqa evə gətirdi, Vəfa baxdıb evə – Aylına: sən burdamı yaşayırsan? gözəlmiş. Aylın – Vəfaya: yox burda sən yaşayacaqsan, ançaq axıllı başla yaşayacaqsan sənə kirayə tutdum buranı, bir illik ev haqqı ödənilib. Bax deyirəm özünü yaxşı aparmasan vallahi, Vəfa sözünü kəsdi, Aylının təcüblə – Aylına: mənəmi dedin? – Vəfaya: hə sənə kirayələdim Vəfa xanım. Vəfa ətrafa baxıb sevindi, gözləri doldu yaşla – Aylına: nədən sən mənə kömək edirsən? Aylına baxdı yaşarmış üzgün gözləriylə. Vəfa Aylını yormuşdu boş – boş danışıb, – Vəfaya: insanlıq deyilən bir şey var. Bayaq kafedə dedin yoxdur insanlıq deyilən bir şey və artıq heç kimə inanmırsan. O yoxdur dediyin insanlıq hissindən qalmış məndə, yəqin ki mən bu dünyada sonuncu insanlıq hissiylə yaşayan biriyəm. Aylın dərindən nəfəs alıb baxdı, Vəfa Aylının boynunu qucaqlayıb ağladı. Vəfa – Aylına: mən sənin borcunu ödəyə bilmərəm, sən mələksən mələk. Aylında qucaqlayıb – Vəfaya: inanıram səndə məni üzü qara etməyəcəksən, sözümü dinləyəcəksən və dəyişəcəksən hər şeyini. Bu həyata qarşı olan səhv baxışını, sözlərini və hər şeyini bu dəqiqədən dəyişəcəksən Vəfa xanım. Göz yaşlarını silib baxdı Aylının üzünə, danışa bilmədi elə kövrəlmişdi ki, sadəçə başıyla tamam deyə işarə etdi.
Aylın – Vəfaya: çox gözəl sevindim, mətbəxtdə hər şey var səninçün, cibindən cıxarıb pulda verdi – Vəfaya: buda sənə xərclik sabah get özünə paltar al. Güzgüyə bax içindəki qadın gözəlliyini oyat və güclü ol mənim xətrimə, o zaman hər şey dəyişəcək sənin xeyrinə. Vəfa gərçəkdəndə gözəl qadın idı, sadəcə özünə baxmırdı. Vəfa diqqətlə baxdı, – Aylına: mən sənə söz vermirəm təkcə, sənin o gözəl ürəyinin xətrinə çalışacam inan. Aylın – Vəfaya: mən səni gördüyüm andan sənin güclü qadın olduğuna inandım. Deyillər həyatda insana güc- qüvvət verən inamdır, mən sənin ürəyinin dərinliklərində gördüm gücü və inamı, sənə güvənirəm. Mən gedim evə səndə dincəl, yaxında işdə taparıq çalışarsan. Az qala unudurdum, cibindən telefonda çıxarıb verdi, burda mənim nömrəm yazılıb lazım olsa zəng et. Vəfa telefonu götürüb Aylına baxdı, yenidən boynuna sarıldı – Aylına: səni tanıdığımçün çox xöşbəxtəm inan. Aylın – Vəfaya: mənədə yaşat eyni xöşbəxtliyi, qırma mənim dediklərimi et. Vəfa boynunu buraxıb – Aylına: sənin o gözəl ürəyinin qarşılığını Allah verəcək hər zaman. Aylın – Vəfaya: birinci sən ver qarşılığını, Allahdan başqa istədiyim yoxdur. Gecən xeyirə getdi, Vəfa telefonu əlləri ilə sinəsinə sıxıb tutudu, ağladı hönkürüb Aylının ardınca baxaraq. Aylın duydu Vəfanın ağladığını geri dönmədi, onun indi təkliyə ehtiyacı olduğunu yaxşı anlayırdı.
Aylın evə gəldi, qapıdan girib işığı yandırmağa istəyirdi, kim isə əlindən tutub qoymadı. Sərdar – Aylına: suss mənəm qorxma, Aylın səsindən tanıdı – Sərdara: niyə susum ki? əlini atdı işığı yandırsın Sərdar qoymadI. Aylını özünə çəkib elə sıxıb qucaqladı ki, canını – canına qatmaq itəyirdi, çox darıxmışdı. Sərdar – Aylına: darıxmışam sənin üçün, Aylın içki iyini hiss etdi – Sərdara: sən sərxoşsanmı? əlbətdə sərxoşsan. Sərdar üzünü Aylını üzünə sürtüb saçlarını qoxladı, off bu qoxuya heçnəyi dəyişmərəm. Aylın Sərdarı özündən qırağa itələməyə çalışdı, bacarmadı. Sərdar Aylını elə qucaqlayıb tutumuşdu ki, qollarından çıxması mümkün deyildi. Sərdar Aylını sevirdi, ancaq nədən isə özüdə bilmədən bəzən səhvlər edib incidirdi onu.
Aylın – Sərdara: ürəyim darıxdı yandır işiğı, – Aylına: danışma biraz suss səni hiss edim, qoxunu alım ciyərlərimə. Aylın dərindən nəfəs alıb az vaxlıq dayandı, – Sərdara: bəs oldumu? hiss etdinmi? etdiysən yandır işığı. Sərdar bərk – bərk Aylını qucaqlayıb, boynundan öpdü – Aylına: sən başqasan canım, səni kimsə əvəz edə bilməz mənimçün. Aylın – Sərdara: əlbətddə başqayam Sərdar bəy, bu dəqiqə əvəzimdə başqası olsaydı, çoxdan başını yarmışdı vurub. Sərdar – Aylına: sən vur canım, sənin ixtiyarın var mənə hər şey etməyə, toxunmağa belə ixtiyarın var. Sənin vurduğun yerdə güllər açar, Aylının dodaqlarından öpdü.
Aylın bir təhər Sərdarı özündən qıraq edib işığı yandırdı, – Sərdara: sən sərxoşsan elə deyilmi? Sərdarın gözləri süzülürdü. Sərdar – Aylına: yox canım deyiləm, nə sərxoşu? Aylın əsəbi baxışlarla baxıb – Sərdara: get sevgilini öp. Məni öpməyə bir daha hünər etmə, bax deyirəm sonra bütün bədənində güllər açar bil. Sərdar Aylının sözünə gülümsədi, Aylın əynindəki pençəyi çıxarıb atdı divanın üstünə.
Mətbəxtdə gəldi qəhvə süzməkçün fincanları götürdü, Sərdar gəlib arxadan tutub qucaqladı özünə sıxdı. Aylın əsəblə baxdı, gözlərini yumub sakitləşməyə çalışdı ki, Sərdarı vurmasın. Sərdar arxadan boynundan öpdü, – Aylına: sən niyə məni sevmirsən? yoxsa sevirsən gizlədirsən mənim kimi? deməyə cürəət etmirsən. Aylın gözlərini açıb baxdı, öz – özünə: Allahım sən mənə səbir ver.
Sərdar Aylını özünə tərəf çevirdi, – Aylına: söz soruşdum cavab ver, sən məni sevirsənmi? – Sərdara: yox sevmirəm. Sərdar gözlərinə baxıb – Aylına: bu sözü gözlərimin içinə baxaraq de. Aylın Sərdarı özündən kənara çəkmək istədi bacarmadı, – Aylına: dinc dur sualıma cavab ver. Aylın baxmadı gözlərinə – Sərdara: sənin nəyini sevəcəm? kobut hərəkətlərinimi? Sərdar Aylının üzündən tutub əlləri ilə, gözlərimə bax de sevmədiyini. Aylın əsəbləşdi, gözlərinə baxaraq – Sərdara: sevmirəm, sevmirəm, oldumu? Sərdarın üzünün ifadəsi dəyişdi. Dərindən nəfəs alıb əsəbi baxaraq – Aylına: necə bacardın? necə dedin bu sözü gözlərimə baxaraq insafsız. Səndə insaf yoxmu heç? niyə qırırsan məni bu qədər? niyə bu qədər zalımsan, niyə – niyə – niyə bağırdı!.
Əsəbindən əlini masaya vurarkən əli fincana dəydi qırıldı, qırılmış fincanın üstündən təkrar – təkrar vurdu əlini, əli qana bulandı. Aylın gördü Sərdar özündən çıxır, tez əlini tutdu öz əllərinin içində sıxdı ki, qanı axmasın. Sərdar əsəblə – Aylına: burax axsın tutma, sənə xoşdur məni belə görmək. Aylın üzüldü Sərdarın halına, – Sərdara: dəli mən sənə layiq deyilm, məni düzgün anla. Mənim artıq əlim qana bulandı, sənə layiq deyiləm anlayırsanmı məni? Aylının gözləri yaşardı. Aylın – Sərdara: sən pis deyilsən yaxşısan, Sərdarın əlini öpüb ağladı. Sərdar Aylının bu halına yandı alışdı, naladı Aylının özünə qapandığını. Sərdar – Aylına: canım sənin əlin qana bulanmadı, əksinə sən necə nəfərin həyatını qutardın, bilirsənmi? sən neçə ananın gözünü yaşlı qalmaqdan qurtardın. Sən məni atama bağışladın, sən anmın ruhunu şad etdin, Aylın səsini içinə salıb göz yaşında böğulurdu. Sərdar Aylını sinəsinə sıxıb, saçlarından öpüb qucaqlayıb kövrəldi. Sərdar – Aylına: sən bir mələksən canım, əksinə sən yaxşısan, əksinə mən deyiləm yaşı. Mən səni bütün bu olanlardan qoruya bilmədim bağışla məni, ürəyi göynədi Aylının özünü günühlandırmasına.
Aylın Sərdarın sinəsinə yavaşdan vuraraq ağladı, – Sərdara: mən hələdə yuxumu qarışdırıram, anlayırsanmı? mən hələdə öldüyüm o anı xatırlayıb yuxudan oyanıram gecə dəfərlə. Sərdar pis oldu – Aylına: anlayıram canım, unut oldu keçdi. Allah bilir nəqədər insanın həyatını qurtardın etdiyin çəsurluğunla – mərdliyin ilə. Nə olar icazə ver yanında olum, bütün olanları sənə unutdurum.
Sərdarın əlindən qan axırdı damcı – damcı axı, Aylını sakitləşdirməyə çalışırdı. Aylın Sərdarın üzünə baxdı yaşlı gözləriylə – Sərdara: sən həyatda ən gözəlinə layiqsən, mənə deyil. Sərdar Aylının saçlarını, üzünü, sığallayıb – Aylına: mənim gözəlim və masumum sənsən. Təmiz saf ürəkli canım sevdiyim tək qadınım oldun, sonuna qədərdə olacaqsan. Mən səni sevirəm canım, sevirəm səni, sevirəm duydunmu? sevirəm. Aylın göz yaşlarını silib əlinə baxdı, – Sərdara: qanın axır, – Aylına: axsın canım, sənə qurban olsun qanım – canım hər şeyim.
Aylın gedib ilac qutusunu gətirdi, Sərdarı otuzdurdu əlini sarımaqçün bint götürdü, kəsiyinə ilac tökdü qanını silib, sarıdı əlini. Sərdar heç hiss etmirdi əlinin ağrısını, Aylına baxırdı. Aylın Sərdarın əlini sarıyıb binti kəsib, düyünləyib bağladı, – Sərdara: Sərdar bir daha qanını tökməyə cürət etmə, Sərdar Aylına baxdı. Aylın – Sərdara: əğər gərçəkdəndə mənə ayitsənsə, hünər etmə duydunmu? İlac qutusunu götürüb çıxdı mətbəxtdən. Sərdara elə bil dünyanı verdilər, Aylının özünə ayitsən sözünə çox sevindi, öz – özünə: səninəm canım, hər şeyim sənindir. Aratıq Sərdar bəydə demədin, adımı çəkdi canım mənim. Sərdar gözlərini yumub dərindən nəfəs aldı, elə rahat oldu ki Aylının o sözündən sonra, öz – özünə: Allahım bu günüdə görərəmmiş. Aylın Sərdarı səslədi, orda öz – özünə danışma gəl, Sərdar Aylının bir dəqiqədə olsa zarafatsız qala bilmədiyinə gülümsədi. Ayağa qalxıb getdi yanına.
Beləcə Aylınla Sərdar bir – birinə olan sevgilərini artıq gizlətmədən gözəl günlər keçirirdilər birlikdə. Aylın Sərdarla şəhərə çıxıb gözəl yerlərdə gəzirdilər, özünün kiçikliyindən danışırdı Sərdara. Sərdar çox xöşbəxt idi, sonunda özündə Aylına sevgisini etiraf etdiyiçün sanki üstündən dağları qaldırmışdılar. Aylınında üzündə sevinc – təbəssüm yaranmışdı. Gərcəkdən sevdiyini etiraf etdiyindən sonra Sərdar dəyişmişdi. Sərdar Aylınla gözəl vaxt keçirirdi, zarafatları ilə Sərdarı ürəkdən gülüdürürdü. Kafelərin birinə gəlib əyləşdilər, afisant yaxınlaşdı, qəhvə sifariş etdilər, afisant getdi. Sərdar əlini tutub, – Aylına: səninlə ömrümün ən gözəl günlərini yaşayıram canım, inşallah son nəfəsimizə qəzdər birlikdə olaçağıq. Nə olur olsun söz verək bir – birimizdən küsməyək inciməyək, – Sərdara: insan sevdiyindən küsərmi heç? Sərdar gülümsəyib, – Aylına: qurban olaram mən sənə, afisant qəhvələini gətirib qoyub getdi. Sərdara zəng gəldi, telefonu çıxarıb baxdı Tahir idi zəng edən, – Aylına: Tahirdi. Telefonu qulağına tutub alo Tahir, alo duymuram səni, alo eşidirsənmi məni? telefonunun set yerinə baxıb öz – özünə: setmi yoxdur nədir? – Sərdara: dışarı çıx bəlkə burda yaxşı tutumur. Sərdar ayağa qalxıb – Aylına: indi gəlirəm canım, getdi dışarı.
Aylın öz qəhvəsindən götürüb içdi bir qurtum, kənar masada oturmuş oğlanı gördü tanıdı, rəyisin oğlu idi barmağını qırdığı. Aylın ona tərs – tərs baxıb öz – özünə düşündü, bu mənimi izləyir? yoxsa təsdüfdürmü? oğlan kinli baxışlarla baxırdı. Aylın fikir verməməyə çalışdı, afisant gəldi əlində kağızla – Aylına: bu sizədir xanım, masaya qoyub getdi. Aylın baxdı iki qat bükülmüş kağızı götürüb açıb oxudu (sən məndən qorxub rəyisin oğlunu özünə sevgili etməklə deyil, mən sənin kölgən olacam harada getsəndə, bu artıq səninlə mənim aramda olan prinsipli davadır, hazır ol hər şeyə, sənə bu şəhəri dar edəçəm).
Aylın kağızı qatlayıb qoydu kənara, Sərdar gəldi əyləşdi. Aylının bir təhər olduğunu görüb – Aylına: nə oldu canım? – Sərdara: nə deyirdi Tahir? hər şey yaxşıdırmı? – Aylına: iş haqda danışdıq canım. Yaxşıdır hər şey narahat olma, qəhəvəsini götürüb içdi. Tahir sənə ürəyimi açdığıma hələdə inanmır, Aylın oğlanın yazdığına əsəbi idi, gülümsəməyə çalışdı. Oğlanın oturduğu masaya baxdı yox idi, Aylının kimisə axtardığı Sərdarın gözündən qaçmadı. Sərdar – Aylına: canım birinimi axtarırsan, tanış filan? Aylın dərindən nəfəs alıb – Sərdara: mənə silah lazımdır. Sərdar qəhvə içdiyi yerdə az qaldı boğulsun – Aylına: nə lazımdır? zarafatmı edirsən canım. Silah nəyinə lazımdır sənin? Aylın kağızı Sərdara tərəf itələdi əli ilə. Sərdar şüphəylə baxaraq, kağızı açıb oxudu öz – özünə: çaqqal mən sənin bunu yazan barmaqlarını qırmarammı. Sərdar əsəbləşdi – Aylına: o tip burdaydı eləmi? necə görmədik o şərəfsizi? Sərdar ətrafa nəzər salıb baxdı, görmədi. Aylın – Sərdara: mənə mütləq lazımdır silah. Sərdarın kefi qaçdı tamam, – Aylına: canım sən narahat olma, mən həll edəcəm onun işini qısa zamanda. Bu təhtid kağızınıda onun, pis söz demək istəyirdi demədi. Aylın – Sərdara: görünür mənim əlim artıq qana bulaşmağa davam edəcək. Sərdar Aylına nə isə demək istəyirdi, imkan vermədi. Aylın – Sərdara: Sərdar bax iki dəqiqə yanımdan çıxdın dışarı, heç xəbərin olmadı peyda oldu tip burnumun uçunda, mənim özümü qorumağımçün silaha ehtiyacım var. Hər halda buralarda vardır silah satılan mağazalar.
Sərdar alnını əli ilə sürtərək – Aylına: silah elə bir şeydir canım gərək ona səbirlə davaranasan, yoxsa əlindən bir xəta çıxar mütləq. Aylın kefinidə pozmadı, – Sərdara: o zaman silahım olmasa şərəfsiz mənə nələr etməz ki? barmağını qırsamda, bilirsən mənim onunla qol gücüm bərabər deyil ki? bu şərəfsizlə yaxında üzləşəcəyim ürəyimə damıb. Sərdar əsəbləşdi, bu nədir belə? bizim rahat problemsiz günümüz olmayacaqmı? elə bil qara pişik keçib yolumuzdan. Aylın – Sərdara: mənim yolumdan çoxdan keçib canım qara pişik, səndə artıq sevgilim olduğuna görə, pişiyimə öyrənsən yaxşı olar. Sərdar çox əsəbi id, i o tipin kağız yazaraq Aylını təhtit etməsini qəbul edə bilmrdi. Aylın qəhvəsini götürüb içdi, Sərdarın əsəbləşməsinə gülümsədi.
Sərdar əvvəl razı olmasada, sonradan Aylının təhlükəsizliyiçün silah almağa qərara gəlmişdi. Aylın evdə divanda eyləşmişdi, Sərdar gəldi əyləşdi yanında, üzündən öpdü. Aylın – Sərdara: hardaydın? Aylına baxdı, belinə taxmış tapancanı çıxarıb göstərdi, al canım bu artıq sənindir. Aylın silaha Sərdara baxdı təcüblə – Sərdara: bu hardan oldu sənə? – Aylına: hardan olduğunu soruşma canım, silahla o qədərdə düzgün atəş aça bilmirsən yadımdadı. Aylına baxdı Sərdar gülümsəyib, canım dəymirdi atdığın mərmilər, baxma mənə elə. Aylın silahı götürüb baxdı, birdən Sərdarın alnına dayadı, – Sərdara: səncə indi atəş açsam düz dəyərmi?
Sərdar tapancanı ürəyinə tutub – Aylına: canım qurbandı sənə vur ürəyimdən. Aylın tapancanın mərmi olan yerinə baxdığnda, içinin dolu olduğunu görüb həyəcanlandı. Aylın – Sərdara: mərmi var içində? – Aylına: canım silahda mərmi olarda. Aylın acıladı – Sərdara: dəlisənmi? niyə demirsən, məndə boş olan bilib zarafat edirdim, Aylın həqiqətən qorxdu! Sərdar güldü qucaqladı boynunu, – Sərdara: manyaksanmı sən? hələ bir ürəyinədə dayadı silahı vur deyə. Oğlum tətiyi çəksəm nə olacaqdı? Sərdür gülümsəyərək, – Aylına: vurulacaqdım canım, sevgilimin əlindən olsun ölümüm mən razıyam. Aylın silahı divanın üstünə atıb qalxıb getdi. Sərdar Aylının qorxduğuna güldü, – Aylına: canım mənim necədə qorxdu məni vuracağından. Demək sevirsən məni, gülümsəyib baxdı Aylının ardınca.
Səhər açılmışdı, Aylın qapının zənginə oyandı yuxudan, Sərdar başqa otaqda yatırdı. Aylın saata baxdı hələ səhər 5:00 idi, qalxıb gəlib qapını açdığnda Aylının üzünün ifadəsi dəyişdi. Əlləri ilə üzünü tutub baxdı, sən? birdənəm deyib qapıda dayanan Ramizin boynuna sarıldı. Ramiz Aylını qucaqlayıb öpüb bağrına basdı, – Aylına: canım sabahın xeyir darıxdım sənsiz, o şəhər mənə dar gəldi. Aylın boynunu buraxmadan – Ramizə: niyə xəbər etmədin gələcəyini? qarşılayardım səni. Ramiz Aylını özünə sıxaraq, sənə syurpriz etdim canım, bir dəfəlik gəldim, sənə artıq sən harda məndə orda. Aylın Ramizin yanındakı çantasını götürdü, – Ramizə: gəl birdənəm, çox sevindim gəldiyinə. Ramizdə başqa çantasını götürüb girdi evə, içəri girdiyində ətrafa baxdı, kövrəldi gözləri yaşardı. Aylın – Ramizə: gəlsənə, Ramiz keçdi divanın yanında çantasını yerə qoyub baxdı.
Ramiz – Aylına: mən çox peşmanam canım bibim sağ olduğunda bura gəlmədiyimçün, insana necə hüzur verən bir eviniz varmış. Aylın üzgün baxışlarla baxdı – Ramizə: qismət bu günə imiş birdənəm, üzülmə sonunda gəldin bax. Əlindəki çantanı yerə qoyub, gəlib Ramizin boynuna sarıldı. Ramizlə qucaqlaşıb bir – birinə təsəlli verdilər, – Ramizə: yoldan gəlmisən, mən sənə bir şeylər hazırlayım. Ramiz qoymadı – Aylına: heçnə istəmirəm canım yatmaq istəyirəm, Aylın gülümsəyib, – Ramizə: gəl birdənəm mənim. Ramizin əlindən tutub apardı öz otağına gətirdi.
Ramiz otağa baxıb – Aylına: haqlıysanmış evinçün darıxmağında, Aylın Ramizin pencəyini əynindən çıxarıb öz yatağına yatızdırdı. Yanında əyləşib – Ramizə: bir bilsən bu şəhər mənimçün necə doğmadır, Ramizin saçlarını qarışdırıb üzünə sığal çəkdi. Ramiz bilmirdi nədən Aylın belə edirdi, ancaq həmişə ki kimi Ramizə Aylının bu etdiyi hərəkət çox xoş gəlirdi. Ramiz Aylının əlini tutub öpdü, sənin bu saçlarımı qarışdırıb, üzümü sığallamağınçün darıxmışdım canım. Aylın gülümsəyib, – Ramizə: sən mənim birdənəmsən, sən mənim dostum —sirdaşım, ən yaxınımsan, yaraşıqlı dayımın oğlu. Ramiz yorğun idi, – Aylına: səndə mənim bibimin yadigarısan, mənə qalan ən qiymətlimsən canım. Aylın mehribanlıqla Ramizin saçlarını sığalladı, – Ramizə: yum gözlərini yat birdənəm. Ramiz Aylının əlini tutub tez yuxuya düşdü.
Ramizin üstünü örtüb, biraz ona baxıb ehtiyatla ayağa qalxdı, otaqdan çıxdı qapını örtdü. Aylın bilirdi səhər saat 6:00 – da Sərdar yuxudan oyanırdı, gəlib yavaşca Sərdar yatan otağın qapısını açdı baxdı. Sərdar oyanmamışdı hələ, Aylın Sərdarın yanına gəlib əyləşdi. Sərdarın yatışını seyr edərək saatına baxdı, Sərdarın oyanmasını gözləyirdi. Sərdar Aylın qapını açdığında oyanmışdı, yanında oturması ona xoş idi, ona görə gözlərini açmırdı. Aylın saata baxdı, 6 olub 7 – yə işləyirdi Sərdar oyanmırdı, təcüblə yavaş səslə öz – özünə: bu niyə oyanmadı? saatına baxdıb, mənim saatımmı qabağadır. Sərdar yavaş səslə, – Aylına: yox canım düzdür saatın. Aylın Sərdarın oyaq olduğunu anladı -Sərdara: sən mənimi dolamısan? Sərdarın qoluna vurdu yavaşdan. Sərdar gülümsəyib, – Aylına: oyandığımda yanımda səni görməyimə necə sevinirəm bir bilsən canım, – Sərdara: bu səhər mənimdə üzümə sevinc dolu açıldı bir bilsən. Sərdar – Aylına: belə səhərlərimiz çox olaçaq canım, səndə mənim yanımda olduğuna sevinclisən bax. Aylın gülümsəyərək, – Sərdara: bağışla canım bu gün başqadır, tək sənə görə sevincli deyiləm. Sərdar anlamadı nə olduğunu, – Sərdara: birdənəm gəldi biraz qabağa bura. Sərdar anlamadı, biraz fikirləşib – Aylına: Ramizmi? Aylın gülümsəyərək, hə canım Ramiz gəldi.
Sərdar yerində oturdu, – Aylına: bəs hardadı o? Aylın barmağını Sərdarın dodaqlarına tutub, suss səs etmə, yatdı mənim yerimdə yorğun idi. Sərdar pıçıltılı səslə az vaxlığa gəlib yəqin, dodağına tutmuş Aylının barmağından öpdü. Aylın – Sərdara: yox dedi həmişəlik gəlib mənə, bu söz biraz Sərdarı açmadı. Sərdar – Aylına: o burda qalıb nə edəcək həmişəlik? Aylın ayağa qalxıb – Sərdara: orda kimsəsi qalmadı. Nə fərqi var artıq harda olsada? sən qalx əl – üzünü yu danışarıq, qalxarkən səs etmə otaqdan, çıxdı. Sərdar əllərini üzünə çəkərək öz – özünə: səs etməyəcəyikmiş. Ramizə qısqanırdı Aylını hər zaman, yerindən qalxıb öz – özünə: uşaqdır elə bil tək qalmamağa, əyninə köynəyini geyinib otaqdan çıxdı.
Günorta olmuşdu Ramiz hələdə yatırdı, Sərdarın kefi yox idi Ramizin ora həmişəlik gəlməsindən. Aylın yeməklər hazırlayırdı mətbəxtdə, Sərdar divanda oturub Tahirlə mesajlaşırdı. Tahirdən cavab gəldi -Sərdara: (niyə qısqanırsan? Ramiz onun dayısı oğludur) Sərdar cavab yazdı -Tahirə: (deyil dayısı oğlu bilirsən, oların heç doğmalıqları yoxdur bir – birlərinə, bunu Ramizdə bilir Aylında). Tahirdən cavab gəldi-Sərdara: (bax qardaşım Aylın səni sevir dostumu tanıyıram mən, həm işində – həm verdiyi sözündə möhkəm biridir. Bunu sənə deməyə gərək yoxdur özündə bilirsən, sakit ol Aylına güvən yetər, qalanını düşünmə). Sərdar cavab yazdı – Tahirə: (tamam calışaram, ama nədən isə ürəyim rahat deyil) Tahirdən cavab gəldi – Sərdara: (Ramizin orda olması yaxşı oldu, düşünsənə o tipdən qoruyar Aylını. tək olmadığını görəndə rədd olar alcaq). Sərdar cavab yazdı – Tahirə: (səninlə razıyam, mənim dönməyim lazımdır işimə, düz deyirsən mən qayıdınca göz qulaq, olar tapşıraram Ramizə). Tahir cavab yazdı – Sərdara: (sən dönüncəmi?) – Tahirə: (mən Aylını burda tək qoya bilmərəm, o tip Aylından rahatlıqla əl çəkməyəcək). Tahirdən artıq cavab gəlmədi, Sərdar dərindən nəfəs alıb baxdı. Tahirdə Sərdarsız işləyə bilməzdi tək orda qalıb, biri – birinə kiçiklikdən öyrəşmişdilər. Sərdar anladı, Tahir Nərgizidə tək qoya bilməzdi orda, fikirləşirdi ona görə cavab yazmadı özünə.
Aylın gəldi qəhvə fincanı Sərdarın önünə qoyub, – Sərdara: Ramizi oyadım canım, səndə qəhvəni iç. Aylın getmək istəyirdi, Sərdarın kefsiz – üzgün olduğunu görüb – Sərdara: niyə kefsizsən sən? Sərdar birldirmək istəmədi. Tahirlə iş haqda yazışırdıq canım, bilirsən bizim işlərimizi bəzən kefsiz olmağımıza səbəb olur. Aylın – Sərdara: o zaman heç soruşmayım, getdi Ramizi oyatmağa. Sərdardar dərindən nəfəs alıb baxdı Aylının ardınca.
Aylın otağın qapısını açıb ehtiyatla baxdı, Ramiz yatırdı hələ oyanmamışdı, otağa girdi yatağına yaxınlaşıb əyləşdi yanında. Ramizin saçlarını sığalladı mehribanlıqla ki, oyansın. Ramiz gözlərini açıb baxdı, Aylına gülümsəyərək, – Ramizə: günorta yeməyinin vaxdıdır birdənəm hadi qalx. Ramiz gülümsəyib, – Aylına: bura nə rahat yer imiş canım, çoxdandı belə yuxu yatmırdım mən. Aylın mehribanlıqala – Ramizə: qalx Sərdar səni gözləyir yeməyə. Sərdar deyəndə Ramiz pərt oldu, yerində oturdu, – Aylına: Sərdarmı? onun burda nə işi var? Aylın gülümsəyərək, sən qalx gəl danışarıq. Ayağa qalxıb çıxdı otaqdan, Ramiz Sərdarın burda olmasına əsəbləşdi öz – özünə: bunun əlindən rahatlıq yoxduda, əsəblə yataqdan qalxıb çıxdı otaqdan.
Anası – oğluna: Dilqəm oğlum get Aylına de Sərdarı gətirsin bizə günorta yeməyinə, Dilqəm anasına bir söz demədən çıxdı evdən.
Aylın masaya yemək qoyub əyləşdi, Ramiz qolların bir – birinə dolaylb oturmuşdu kefsiz. Ramiz – Sərdara: deməli sən indi mələk oldun? Sərdar gözünü çəkmədən Ramizə baxırdı. Aylın – Ramizə: birdənəm bu haqda danışdıq biz artıq Sərdarla. Ramiz imkan vermədi Aylın sözünü bitirsin, – Aylına: hə bildim sevgilisiniz artıq. Aylın Ramizin bu davranışına sadə baxırdı, – Ramizə: birdənəm sən Sərdarı istəməyə bilərsən, ancaq mənim xətrimə nə olar bir – birinizi didməyin. Qapının zəngi basıldı, Aylın qalxıb qapıya getdi.
Sərdar – Ramizə: mənə bax Aylının kefini pozma biraz anlayışlı olmağa çalış, – Sərdara: sənmi danışırsan anlayışdan? sən onun başına açmayan oyunlar qoymadın, az qala öləcəkdi sizin üzünüzdən. Sərdar əsəbləşdi – Ramizə: sənin ananın üzündən oldu mənim deyil, bunu unutma. Atana olan borcunu ödəməsini sənin anan tələb etmişdi o zamanlar Aylından. Mən Aylını tanımırdım o vaxtdı, istərsən indi günahkar axtarma, bilirisənmi niyə? çünki bu işdə sizində az zibilləriniz olmayıb. Mən Aylını sevirəm bunu sox beyninə, heç kim onu məndən ala bilməz. Ramiz – Sərdara: sevirmiş oğlan, desənə özünüz getməyə qorxan yerlərə göndərməkçün istifadə etdərək sevgili rolunu oynayıram. Sən göyə çıxıb yerə düşsəndə, buna mən icazə verməyəcəm. Sən ya öz istəyinlə ayrılacaqsan Aylından yada, Sərdar – Ramizə: yada nə?
Aylın gəldi Dilqəmlə, Dilqəm Sərdarı tanıyırdı, Ramizi birinci görürüdü, Ramizlə Sərdar Dilqəmə baxdılar. Dilqəm biraz pərt oldu, Aylına tərəf əyilib pıçıltılı səslə – Aylına: buda rəyisin oğludurmu? Aylın gülümsəyib, – Dilqəmə: xeyir deyil. İkisidə eyni sözü eyni vaxtda dedilər – Dilqəmə: yüksəkdən de bizdə eşiidək. Aylın bilirdi Ramizlə Sərdar dartışmışdılar özü olmayan qısa vaxtda. Dilqəmə tərəf əyilib pıçıltıyla Ramizi göstərib, – Dilqəmə: o mənim dayım oğludur səhər gəlib. Dilqəm dayısı oğlu dediyində kefi açıldı, – Aylına: bu sənin dediyin dayın oğlu Ramizdirmi? – Dilqəmə: hə özüdür. Dilqəm – Aylına: artıq pıçıltıyla danışmayaq, baxışlarından hiss edirəm vurulmama az sanyələr qalıb. Aylın Dilqəmin sözünə gülümsədi,
Dilqəm Ramizə yaxınlaşdığında, Ramiz ayağa qalxıb baxdı ona. Dilqəm əlini uzadıb – Ramizə: xoş gəldin buralara qonşumun birdənəsi. Ramiz anladı qonşu dediyində, həmdə Aylının özü haqda qonşusuna danışmasından xoşlandı. Ramiz Sərdara kinlə acıq verən baxışlarla baxıb, Dilqəmin əlini sıxıb qucaqlayıb görüşdü. Ramizdə – Dilqəmə: xoş günün olsun qardaşım, necəsən? Dilqəmində Ramizin mehribanlığından xoşu gəldi. Ramizlə qucaqlaşıb görüşdülər, – Dilqəmə: gəl əyləş yanında otuzdurdu. Ramizdə əyləşdi – Dilqəmə: demək canımın qonşususan. Dilqəm xanım dediyində biraz anlamadı, ancaq tez düşünüb canım sözünü Aylına dediyini bildi. Dilqəm gülümsəyərək, – Ramizə: hə canının qonşusuyam birdənsi. Sərdarın özünə tərs – tərs baxdığını görüb – Aylıana: mənə su versənə zəhmət olmasa, boğazı qovuşdu.
Aylın mətbəxtdəxtdən gedib su gətirdi verdi, Diləqəm təşəkkür edib suyu içdi. Ramizlə Sərdarın Aylına görə bir – birinə qarşı olan nifrət dolu hisslərini anlamışdı. Dilqəm boş bakalı masaya qoyub Sərdara baxdı. Sərdarda Dilqəmə baxırdı, – Sərdara: anam səni bizə çağırıdı, Sərdarın kinli baxışlarından biraz sözünü düz demədi, – Sərdara: yəni sizi bizə yeməyə dəvət etdi. Dilqəm – Ramizə: qardaşım səndə gəl. Ramiz – Dilqəmə: sən apar Sərdarı qardaşım, mən burda onun kimi müvəqqəti qonaq deyiləm. Artıq məndə sizin qonşunuz sayılıram, biz daha sonra oturarıq rahat səninlə. Sərdara baxdı acıq verən baxışlarla. Aylın ayaq üstə dayanıb baxırdı olara. Sərdar – Aylına: gəl əyləş canım, Aylın keçib Sərdarın yanında əyləşdi. Dilqəm olara altdan – altdan baxırdı. Sərdar gülümsəyərək, – Aylına: canım yadındadırmı məni əlinlə yedirdiyin günlərin? – Sərdara: yadımdadır canım. Sərdar – Aylına: yadındadırmı biz istirahətə getdik birdənəndə vardı bizimlə, orda o sərxoş oldu Tahirlə Nərgiz apardılar onu evinə, – Sərdara: yadımdadır canım. Sərdar dərindən nəfəs alıb – Aylına: sənidə mən evinə gətirdim, səhərə qədər keşiyində dayandım yanında yataraq. Gözəl keçirmişdik birlikdə o günümüzü, elə deyilmi canım? – Sərdara: ayıldığımda Tahir dedi ki mən səni çox pis söymüşəm sərxoş olub. Ramiz səsli yüksəkdən güldü, Aylın anlamırdı Sərdarla Ramiz nəyə görə davalaşırdılar bir – biri ilə. Sərdar əlini tutub öpdü – Aylına: artıq sənindi varım yoxum, söyədə bilərsən sevədə canım. Aylın gülümsəyib, – Sərdara: sevərəm canım söymərəm çalışıb. Sərdar əlini öpüb ürəyinin üstə tutdu, – Aylına: sənə syurprizim var canım. Dilqəm bakalın dibində qalan suyuda içdi. Ramiz Sərdara elə baxırdı ki, imkanı olsa boğardı bəlkədə onu.