banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər


Anelka kolları aralayaraq, tələsmədən bağı əhatəyə alan çəpərə yaxınlaşdı. O, köhnə idi, tünd-yaşıl mamırla və hansısa, toxunulmadan dağılıb-tökülmüş boz urla örtülmüşdü. Bir-birindən kiçik məsafədə üzərinə itiuclu tamasalar sırası oturdulmuş uzun köndələnlərin bəndlədiyi yoğun, yuxarısından itilənmiş dirəklər yüksəlirdi. Sanki uzunillik xidmətdən yorulmuş bu tamasalar ya irəli, ya da geri əyilmişdi. Bəzi yerlərdə heç yox idilər, başqa yerlərdə daha parlaq rəng və taxtanın elə də diqqətli olmayan düzəldilməsi çəpərin bu yaxınlarda, amma əvvəlkindən az məsrəflə təmir olunduğuna şahidlik edirdi.

Anelka xanım qız və on üç yaşlı olmasını unudaraq, çəpərdəki dəlikdən keçdi və kətan köynəkli qıza yaxınlaşdı.

Yazıq qız ilk dəqiqədə malikanədən olan və bəzəkli geyinmiş xanım qızdan qorxdu. Ağzını geniş açdı və qaçmağa hazırlaşmış kimi, ayağa sıçradı. Anelka cibindən peçenye çıxardı və qıza göstərib dedi:

– Qorxma. Səni incitmərəm. Bax, sənə nə gətirmişəm! Dadına bax! – Bu sözlərlə peçenyeni qızın ağzına dürtdü. Qız təəccüblü gözlərini Anelkadan endirmədən yedi.

– Yenə götür. Dadlıdır?

– Dadlıdır.

Anelka kötüyün üstünə əyləşdi, isə Qaydanın qızı isə isə çöməltmə oturdu.

– Sənin adın nədir? – deyə Anelka onun yağlı, parlaq-xurmayı saçlarını tumarlayaraq soruşdu.

– Maqda.

– Al, Maqda, yenə peçenye ye. – Anelka belə dedi. – Bu çoşqa sənindirmi? – deyə donuza nəzər salaraq, əlavə etdi, Karusun quyruğundan yapışmağa çalışdığı donuz isə sifətilə ona tərəf dönür və inamsızlıqla xortuldayırdı.

– Atamındır, – qız artıq bir qədər cəsarətlənərək, cavab verdi. – Kaş it onu gəmirməyəydi…

– Karusik, yanıma… Sən isə, Maqda, həmişəmi donuzla oynayırsan?

– Aha. Yaloska artıq böyükdür, Kaska isə keçən il öldü. Çuşa!.. Çuşa!.. Ona da mənimlə olmaq xoşdur, axı o da təkdir! Pan anasını güllələmək əmrini verib, digər çoşqaları isə atam satıb. Bax, yalnız birini saxlayıb.

– Bəs donuzu nəyə görə öldürdülər?

– Biçənəyin korlanmasına görə. Pan onu öz torpağında tutmuşdu.

– Məgər sizin ancaq bir donuzunuz var idi?

– Daha hardan götürək? Axı atam kəndlidir, ona görə də hər şeyimiz azdır.

Bunu deyərək, o, ayağı altına yayılmış çoşqanı tumarladı.

– Donuza çoxmu acıdın?

– Bəs necə! Atam məni döyəndə daha acımalı oldu…

– Səni döydü?..

– Döymədi, saçlarımdan yapışdı və iki dəfə təpik vurdu.

Qız bu barədə tamamilə sakit danışırdı. Anelka hətta ağardı. Bir anlığa xəyalına gətirdi ki, sanki Karusiki öldürüblər və onun özünü də belə amansızlıqla cəzalandırıblar.

O, iztirablarına görə zavallını mükafatlandırmaq tələbatı hiss etdi, amma necə? Onun öz pulu olsaydı, Maqdaya donuz və gözəl paltar bağışlayardı, ancaq indi… o nə etsin?

Bu yerdə Maqdanın dörd gözlə onun boynuna sarınmış göy lentə baxdığını qeydə aldı. Anelka fikirləşmədən tez onu açdı və Maqdanın boynuna bağladı.

– Indi sən eynilə mənim kimi geyinmisən.

Maqda özünü yalnız göy lentin deyil, qırmızı paltarın, ağ corabların və hündür botinlərin də sahibi kimi təsəvvür edərək, ucadan güldü.

– Budur, yenə ye, – Anelka ikinci peçenyeni ona uzadaraq, belə dedi.

– Bunu sabah yeyərəm. Çox şirindir.

– Bu isə səni döydüklərinə görədir…– Anelka onu öpdü.

Ancaq Anelkanın ali mükafat saydığı öpüş Maqdada heç bir təəssürat doğrmadı. O, peçenyeni ovcunda sıxaraq, indi əsl xanım qıza oxşadığını fikirləşməklə, dəqiqəbaşı göy lentə baxırdı.

Bu vaxt döngədən təkər taqqıltısı eşidildi və yolda toz buruldu. Gözəl kolyaska sürətlə daxmaya yaxınlaşdı. Anelka nə isə dərk etməyə macal tapınca , ekipaj daxmanın yanında dayandı.

– Atacan! – Anelka qışqırdı və ekipaja doğru cumdu.

Ancaq atası Anelkanı daha əvvəl görmüşdü və buna görə də onu öpmədi, ciddi şəkildə dedi:

– Panna Anelya yollarda qaçır! .. Necə də gözəldir!.. Burda neynirsən?

Qorxmuş Anelka susdu.

– Əcəb də sənə yaxşı nəzarət edirlər! Özünü əla aparırsan, sözüm yoxdur! Yollarda yüyürür və hansısa natəmiz qız və donuzla birlikdə tozda eşələnirsən! Evə yola düş! Tezliklə qayıdacağ və onda səninlə danışacağam. Atanı belə güclü incitməyə qadir olduğunu heç vaxt fikirləşməzdim!

Qorxudan daşa dönmüş Anelkanı geridə qoyaraq, kolyaska onun verdiyi işarə ilə tərpəndi.

“Səninlə danışacağam!” Ilahi, nə isə olacaq…

Maqda daxmanın astanasına yüyürdü və ordan dalınca Karusikin götürüldüyü və uzaqlaşan kolyaskanın ardınca narahatlıqla baxdı.

– Əlvida, Maqda! – Anelka əl yelləyərək, belə dedi. – Yəqin, bura gəldiyimə görə möhkəmcə danlanacam.

O, hasara tərəf qaçdı, dəlikdən keçdi və tez kolluqda qeyb oldu. Karusik onun ardınca cumdu, Maqda isə onların dalınca hərəkət etdi.

O “möhkəmcə danlanmağ”ın nə demək olduğunu əla başa düşür və ən azından, yeni rəfiqəsinə nə olacağını öyrənmək istəyirdi. Ehtiyatla hasara yaxınlaşdı və barmağını dodaqlarına sıxaraq, gah dinşədi, gah da ehtiyatla bağa nəzər saldı. Amma ora daxil olmağa cəsarəti çatmırdı.

Bu məqamda daxmanın qarşısında iri boylu, ayağı yalın, sinəsi açıq köynəkdə olan bir kişi peyda oldu. O hər iki əlini qoltuğuna soxaraq, dayanmış və gah gözdən itən ekipaj tərəfə, gah arxasında Anelkanın yox olduğu parkın barısına, gah da malikanənin dam və borularına baxırdı.

– Pan uşağı, – deyə mızıldandı. Daha bir qədər dayanaraq, daxmaya qayıtdı.

Anelka çırpınan ürəyilə evə yaxınlaşdı. Bu gün onun tam iki məyusluğu olmuşdu: birincisi, bu qədər gec-gec gördüyü atasını acıqlandırmışdı, ikincisi, mürəbbiyənin kefini möhkəmcə pozmuşdu.

Atası ilə danışıqdan yaxşı heç nə çıxmayacaq! Panna Valentina, yəqin, onunla bir olacaq, anası daha güclü xəstələnəcək…

Narahatlıq ona bağın gözəl olmayan görünəcəyi, evin isə dəhşət doğuracağə qədər əzab verirdi. Ananı yaxınlaşan fırtınaya necə hazırlamalı ?

Anelka bütün malikanənin ovuc içərisindəki kimi göründüyü ağacın altında dayandı və orda nə baş verdiyini izləməyə başladı.

Onun iti görməsi vardı, anasının və Yuzekin artıq şüşələnmiş terrasda olmadığını, panna Valentinanın öz mansardasında (çatı altında çəp tavanlı otaq – tərc.) olduğunu sezdi. Bağda ins-cins yox idi, yalnız həyətdən, evin arxasında Kivalskayanın çığırqan səsi, toyuqların qaqqıltısı və tovuz quşunun şikayətli “A-a-a-x”.. A-a-a-x!..” – deyə qışqırtısı eşidilirdi.